Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 20 Nis 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

Sen Gece

Sen Gece Sən gecə ,mən sənin köksündə hilal….Bu zülmət gecəyə nur çiləyim ,gəl.Ulduzlar səpilsin qoy naxış-naxış,Sübhədək köksündə gecələyim gəl. Gəl səni dünyama qonaq aparım.Dil susar, duyğular danışar burda.Öz rəngi , öz dili var duyğuların,Hisslər minbir rəngdə , minbir çalarda. Başqa bir aləmdə yaşayıram mənSəni də incidir fikirli halım.Dünyanı çiynimdə daşıyıram mən,Dağılır diqqətim, uçur xəyalım. Gəl […]

Tarih 10 Nis 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

Aşıq olmaq istəyirəm

Aşıq olmaq istəyirəm Gəlir bülbülün avazıGülə dönüb dinləyirəm.Sən çalanda telli sazı,Aşıq olmaq istəyirəm. Ruhun çalır tellərində,Saz danışır əllərində.Bax,səhnənin bu yerindəAşıq olmaq istəyirəm. Çəkilir gözümdən duman,Alır ruhumu asiman,İlahi eşqdən yoğrulanAşıq olmaq istəyirəm. Torpaqdırmı,Günəşdirmi?Ocaqdımrı,atəşdirmi?Saz müqəddəs bir eşqirmi?Aşıq olmaq istəyirəm. Saz havası ruha qida,Vətən deyib,yanır o daŞəhid olub,gedir fədaAşıq olmaq istəyirəm. “Ruhani”də boğur qəhər,“Koroğlu”da çalır zəfər.Saz adamdan ürək […]

Tarih 4 Nis 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

Qınamıram

Qınamıram Tellərimi oxşamadın,Külək,səni qınamıram.Gözlərimdə yaş qoymadın,Ürək,səni qınamıram Yaz yağışı-ümid payım,Bu ümidə yox harayım.Qələm yazıb, qələm sayıb,Fələk,səni qınamıram. Əlim boş oldu,güldülər,Məni min yerə böldülərŞeytanı Tanrı bildilər,Mələk,səni qınamıram. Var üstündə qan tökülür,Kasıb koması sökülürBərəkət ərşə çəkilir,Çörək,səni qınamıram. Dünya mərdə məzar olurDüz sözə divan qurulurZərbə arxadan vurulur,Kürək,səni qınamıram. Məndən xərc istəyir ölümTək canımda minbir zülümXəlbirlənib elim-günümƏlək,səni qlnamıram. Bizdən […]

Tarih 3 Nis 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

ÇƏK GÖRÜM

ÇƏK GÖRÜM Rəssam ,çağır təbiətin ruhunuHər gülünü ,çiçəyini çək ,görüm.Aşıq sazın kökləyəndə qəm üstə,Ruhanini, Dilqəmini çək, görüm,Bacarırsan ,ürəyimi çək, görüm! Çıçəkləri, güllü yazı çəkərsən,İpək teli , qara gözü çəkərsən,Bir sevdalı gözəl qızı çəkərsən,Təmənnasız sevməyini çək, görüm,Bacarırsan ürəyimi çək, görüm. Mat qalmışam Yaradanın səbrinə,Xitam verib bir cavanın ömrünə,Şəhid atasının övlad qəbrinəÇöküb ,ağı deməyini çək, görüm,Bacarırsan ürəyimi […]

Tarih 2 Nis 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

DERTLERİMİ

DERTLERİMİ Dərdlərimi tək-tək yazıb vərəqə,Hakimlərin Hakiminə göndərdim.Dərya dilə gəldi, qopdu qasırğaKüləklərlə göyə sovruldu dərdim.Hakimlərin Hakiminə göndərdim. Kəlmələri cənnət kimi qoxuyan,Kitabını ayə-ayə oxuyan,Sevgisindən nurlu ilmə toxuyanDuaları Göyün üzünə sərdim,Hakimlərin Hakiminə göndərdim. Millətimə tutulan divanları,Gənc yaşda ömrünə qıyan canları,İçimdə boğulan ah-fəğanlarıGözü yaşlı bir buluda döndərdim,Hakimlərin Hakiminə göndərdim Dərin quyularda ilişib qalan,Gümanlarda itən ,azıb yorulan,Zülmün girdabında qanadsız qalanÜmidimə […]

Tarih 23 Mar 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

ÖRPƏYİM

ÖRPƏYİM Nənəmin güllü yaylığı,Saçaqlı -telli yaylığı,Müqəddəs ismət mənbəyi—-Azərbaycanlı örpəyi. Qırmızı şal , ilmə şal,Saçaqlı şal, tirmə şal.Biz səni itirsək də,Sən bizi itirmə ,şal! Qədimlərdən qədimsən,Ululardan da ulu.Sən həmişə mənimsən,Kələğayım noxudu. Səndən necə əl çəkim,Ay ismətli örpəyim?Muzeyəmi həbs edimBu qeyrətli örpəyi? Eşqimi ,amalımıƏqidəmi , andımıDəyişimmi ,atımmı?Öz-özümə sözümü,Allah ilə əhdimiBu dünyaya satımmı? Səni necə qoruyum,Səni necə hifz […]

Tarih 20 Mar 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

Təbiətin ruhu

Təbiətin ruhu Çağırıram təbiətin ruhunuÇiçəkləri,yarpaqları,otlarıDağlarda maralı,düzdə ahunuİlxı ilə yüyürüşən atlarıTəbiətin zərrəsiyəm özüm dəVəhdət gördüm nur qaynağın özündə. Bal arısı çiçəklərə səbəbkar,Saf ürəklər diləklərə səbəbkarUlu Tanrı özü mahir sənətkar.Təbiətin zərrəsiyəm özüm dəVəhdət gördüm nur qaynağın özündə. Mən duyuram kainatda hər səsi,Bu torpaq səsidir,o çiçək səsi.Hər canlı zikr edir “Allah”kəlməsi.Təbiətin zərrəsiyəm özüm də,Vəhdət gördüm nur qaynağın özündə. […]

Tarih 9 Mar 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

Ya Əli

Ya Əli Sən ey Allahın vəlisi könlü ümman, ya Əli!Peyğəmbərin sevimlisi şiri-aslan, ya Əli!Səbirlilər səbirlisi ,aşkar imam, ya Əli!Allahın sadiq qulu natiqi-Quran, ya Əli! Süfrən geniş ,əlin açıq ,yolun Islam yoludur,Öz nəfsinə sahib olan əsl Allah quludur,Sənə düşmən kəsilənlər Tağut-Şeytan oğludur,Müqəddəs Kəbə içrə ey doğulan, ya Əli! İllərlə haqqın danıldı, dözüb durdun ər kimi,25 il […]

Tarih 5 Mar 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

Danış mənimlə

Danış mənimlə Haqqa könül verdin,deyə əzdilərAcı rəftar etdi düşmən səninləHaqqın yollarına tikan düzdülərSusma ,ay ürəyim,danış mənimlə Susma ki,susmasın ilham mələyim,Dosta qismət olsun halal çörəyimDanış ki,getməsin boşa əməyim,Susma,ay ürəyim,danış mənimlə. Hər dərdi-qüssəni içinə atmaAyın görünməyən üzündə yatmaÜzüdönüklərin yasını tutma,Susma,ay ürəyim,danış mənimlə. Dan yeri sökülər zülmət içindən,Millətim qurtular zillət içindən,Ər oğullar doğar millət içindənSusma,ay ürəyim,danış mənimlə Mən […]

Tarih 29 Şub 2020 Kategori: Tamara Rustamova Tənha Bulud

ELE YORULMUŞAM

ELE YORULMUŞAM Elə yorulmuşam,elə yorğunam..Ürəkdən güldüyüm yadıma gəlmir.Bu sınaq nə yaman sərt oldu belə,Əzbərə bildiyim yadıma gəlmir. Dünya yaşamalı yer deyil axı,Bəs niyə həyatın sonu yetişmir?Saxtadır,qorxaqdır dostların çoxu,Dar ayaqda yüzdən onu yetişmir… Yaradan əzaba sirdaş yaradıb,Ağır sınaqlarda sıxılan canam.Zərbələr altında bir daş yaradıb,Təpədən dırnağa bir imtahanam. Elə yorğunam ki,elə yorğunam,Elə labirintdi həyat yolları,Biryolluq yanına almaqçün […]