Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 30 May 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

BİZ SAHİBSİZ DEYİLİK

Nə üzünü ,nə səsini lütf etmədi ağam yenə…
Mələklərlə bircə namə göndərdi röyada mənə.
Sağ əlimə bir quş. kimi qondu o ağır əmanət,
Nur içində bir cümlədə o çağırış ,o hidayət.

Tarih 30 May 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

ON BİR AYIN SULTANI

Gəldi şəhri- Ramazan öz büsatıyla yenə,
Allah nuru səpildi kainata ,aləmə.
Gəldi rəhmət günləri ,açdı iman gülləri,
Təqvadan bir tac qoydu başına möminlərin.

Tarih 30 May 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Keçmişdən gələn adam

Şirin-şəkər sözlərin iç üzü acı zəhər,
Şirin nağıllarına qilaq asdım birtəhər,
Keçmişdən gələn adam.
Sən özünü tapmazsan axtardığın o “mən”də,

Tarih 28 May 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

GƏL MƏNİM DÜNYAMA

Sən gecə ,mən sənin köksündə hilal….
Bu zülmət gecəyə nur çiləyim ,gəl.
Ulduzlar səpilsin qoy naxış-naxış,
Sübhədək köksündə gecələyim gəl.

Tarih 28 May 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Tanrıya yaxın olan yer

Tut əlimdən ,qaldır məni.
Göz yaşımı topla bir-bir.
Gözlərimdən çək pərdəni,
Tanrıya yaxın olan yer.

Tarih 23 May 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Quran “Zilzal” surəsinə istinadən

Yer üzü bizə yalvarır:
Yandırmayın meşələri.
Sıxılır ,köksüm daralır,
Havam çatmır, boğuluram,

Tarih 23 May 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

QURBAN OLUM

Nə cənnəti tanıyan ,nə cəhənnnəmi bilən,
Etdiyi yaxşılıqdan qəlbi sevinib gülən,
Ağzının tikəsini yetimlərə yedirən
“Dinsizin-imansızın” dininə qurban olum.

Tarih 19 Nis 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Gəl mənim dünyama

Sən gecə ,mən sənin köksündə hilal….
Bu zülmət gecəyə nur çiləyim ,gəl.
Ulduzlar səpilsin qoy naxış-naxış,
Sübhədək köksündə gecələyim gəl.

Tarih 19 Nis 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

YATIR ÜRƏYİMİN ALOVU

Büzüşüb könlümün uzaq küncündə
Yatır ürəyimin alovu, yatır.
Bürüyüb inadkar bir sükut məni,
Batır ,bu sükütdan qulağım batır.
Yatır, ürəyimin alovu yatır.

Tarih 16 Nis 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

HƏCİ

Həccə gedib ziyarətə Şeytanı daşlayan” Həci”!
Bircə dəfə içindəki Şeytanı daşladınmı heç?
Baxıb kasıb balasının körpə yalın ayağına,
Bir cüt ayaqqabı alıb ona bağışladınmı heç?