Kategoriler

Arşivler

Tamara Rustamova Tənha Bulud Kategoriler

Tarih 18 Eki 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

ARİF ODUR Kİ

Arif odur ki ,elmdə irfanə çatıbdır,
Sirlər dənizindən keçib, ümmanə çatıbdır.
Silmiş könülün pasını ,atmış ürəyindən,
Bilmiş ,tanımış nəfsini ,Subhanə çatıbdır.

Tarih 16 Eki 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Simurq kimi

Bu eşq intihardır göz görə-görə,
Yanıb Simurq kimi kül olmalıyam.
Bir ölməz ,əbədi eşqin yolunda
Yenə küllərimdən doğulmalıyam.

Tarih 13 Eki 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

NURİ-EYNİM

“Nuri-eynim” dedi peyğəmbər ona,
Ərşdə nuri-subhandır Huseyn.
Taxdılar nizələrə pak Quranı,
Nizə başındakı Qurandır Huseyn.

Tarih 13 Eki 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Vusal qoxusu

Yağışın torpaqla bu görüşündən
Ətrafa yayılır vusal qoxusu.
Torpaq cana gəlir, özünə gəlir
Çıxır canındakı hicran qorxusu.

Tarih 13 Eki 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

BİTSİN BU QOVĞALAR

ARZUM BUDUR ALLAHINI SEVƏNİN
ÜRƏYİNƏ DÜNYA EŞQİ DOLMASIN.
LƏYAQƏTLƏ BAŞA VURA ÖMRÜNÜ,
ÜRƏYİNDƏ BİR NİSGİLİ QALMASIN.

Tarih 13 Eki 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

TANRININ SEVGİSİ

Nə zaman Rəbbimi sevirəm “dedim
Məni sınaqlara çəkdi Allahım.
Çəkdi imtahana səbrumlə məni,
Gözümün yaşını tökdü Allahım

Tarih 13 Eki 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

DARIXIRAM

Tikə-tikə ,çilik-çilik ürəyim,
Dar ayaqda kim oldu ki köməyim?
Zəhmət çəkdim ,boşa getdi əməyim.
Sevincim yol gedir durna köçündə,
Darıxıram bu dünyanın içində.

Tarih 28 Ağu 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Sənli-sənsiz dünyam

Şeirindən boylandım bu gün….
Misralarda ,kəlmələrdə
Öz-özümü gördüm ,duydum
Öz-özümü tapdım bu gün.

Tarih 27 Ağu 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Ana Vətən Torpağı

Mən bu parça-parça olan,
Yağı tapdağında qalan,
Sinəsi şəhidlə dolan
Ana Vətən torpağıyam.

Tarih 27 Ağu 2017 Kategori: Tamara Rustamova Tənha Bulud

Simurq kimi

Bu eşq intihardır göz görə-görə,
Yanıb Simurq kimi kül olmalıyam.
Bir ölməz ,əbədi eşqin yolunda
Yenə küllərimdən doğulmalıyam.