Kategoriler

Arşivler

Şəfaqət Cavanşirzadə Kategoriler

Tarih 23 Tem 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Ləkə -2

Nikbin təbiətli, deyib-gülən, adamla asanlıqla ünsiyyət yaradan qızıydı. Uzun zil qara saçları, qəhvəyi rəngində olan gözləri ekiz bacıları məhlənin digər qızlarından seçirdi. Şahnisəni universitetdə çox oğlan bəyənirdi. Sevən kim, ömür-gün yoldaşı görmək istəyən kim, bir gün də olsa, onunla şəhərin bu başından o başınacan gəzmək istəyən kim!…

Tarih 23 Tem 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Ləkə-1

Evdə onu özünə bənzədən anası var. Hansı ki mətbəx sirrlərindən tutmuş, kişiyə qarşı səbrli və təmkinli olmasınacan hamısını anasından öyrənmişdi Banu. Xasiyyəti də anasının xasiyyətinə ekiziydi: az danışan, əldən zirək, özünə qız kimi baxmağa qorxan insan. Anası qadın kimi toydan-toya bəzənərdi. Ad günləri, evdə qohumlardan on-on beş adamlıq qonaqlıq olanda səliqəli paltar geyinər, gözə batan iri qızıllarını taxardı. Ekiz tay bacısıyla atalarına bənzəyirdilər: boyları hündür, boğazları uzun, incə bel.

Tarih 21 Oca 2019 Kategori: Şəfaqət Cavanşirzadə

Torpaq qoxusu

Yol yoldaşım qonşum Fəridlə, balaca qızıdı. Yeddi yaşlı Zəhranın məndən xoşu gəlmirdi. Atasına qısqanırdı, gözlərinə baxanda bunu hiss eləmək elə də çətin deyil. Nifrət də yoxdur, sevgi də! Düzünü bilmək istəyirsinizsə, uşaqların kiçik qəlblərində nifrətin olmağına heç vaxt inanmamışam. Ya sevərlər, ya sevməzlər! Fərid də qızının mənə qarşı olan münasibətini görürdü. Gördüyü üçün havada qalan əlimdən tutdu.

Tarih 6 Oca 2018 Kategori: Şəfaqət Cavanşirzadə

Unutmaq istədiyim xatirə.

Yaxın qohumum avtobusa minəndə gözü qarşı tərəfdə oturmuş qıza sataşdı. Qız oğlana, oğlan qıza bax-baxa bir-birilərinin ürəklərinə yatdılar. Avtobusdan düşəndə oğlan qıza yaxınlaşdı, nömrə verdi. Bir müddət danışdılar. Sonra qızın şəklini göstərdi mənə.

Tarih 28 Eyl 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Yad insanlar 1

Bizim kimi istirahətə gedənlər dağın başına az qalmış yonulan at başını görürdülər, az kişinin cəsarəti çatırdı, atın başınacan çıxsın, şəkil çəkdirsin.
– Bəs qadın? Ora heç qadın çıxıbmı?- getdiyim evin sahibindən soruşdum.Atam qonaqdan əvvəl cavab verdi.
– Qızın orda nə işi var? Kişi güclə çıxır.

Tarih 28 Eyl 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Yad insanlar (Hekayə) 2

Atamgil dağdan sağ-salamat düşməyim üçün alpinist çağırmışdılar. İki dəqiqənin içində sayıb qurtara bilməyəcəyim adam vardı. Çoxunun əli üzündə,gözləri qiyaməti görmüş kimi bərəlmişdi. Bəlkə də elə bilirdilər intihar edəcəm. Halbuki bilən yoxdu, yaş barədə yüzü də keçmək istəyirəm, üzümdə qırış olmasın təkcə. Həmişə özümü arsız insan kimi hiss eləmişəm. Düşünürəm, belə yaxşıdır. Mənə güc verən allahın məni sevdiyinə inaanmağım, inadkarlığım və arsızlığım oldu. Əslində, arsızlığım təkcə həyata qarşıdır.

Tarih 28 Eyl 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Yad insanlar (Hekayə) 3

Mən gəmidəki naməlum haqqında düşünərkən, bir də gördüm alpinistlərin ikisi yanımdadır.Onlardan biri məni cəsarətli olmağa çağırırdı.
– Xanım, qorxmayın, inşallah, sizi sağ-salamat yerə endirəcəyik. Ümumiyyətlə, bura necə çıxdınız?
Ölməyəcəyimə o qədər arxayın idim ki!…Zarafatımdan geri qalmadım.

Tarih 28 Eyl 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Yad insanlar (hekayə) 4

Gecə neçəyəcən bilmədim, atamın əsgər yoldaşı onu, arvadı anamı sakitləşdirirdi, daha demirdi lər ki, sükutlarında dili-ağzı bağlanan valideyinlərim dediklərini nə anlayır, nə də eşidir. Daha doğrusu, söz xatirinə eşidirlər, fikirləri-zikirləri başqa yerdədir.
Mənim utanmağım da, xəcalət çəkməyim də bir-iki saat çəkdi. Sonra fikirləşdim ki, valideyinlərim mənim dağa çıxmağımı şişirdiblər.

Tarih 28 Eyl 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Yad insanlar

Zəminəylə sahiləcən tez-tez arxaya baxa-baxa birtəhər gəldik. Onun gəmisini tapmaq çətin olmadı. Birincisi Zəminə o adamı da, gəmisini də çoxdan tanıyırdı. Üstəlik Sahilə gələnəcən məni xəbərdar eləməkdən az qala çənəsi çıxa! Ağzında saqqız necə danışır, mətəəl qalırdım.
– Yaraşıqlısır, dünyagörmüş adamdı. Qadınlar ona vurulur, o da istifadə edir.

Tarih 1 Haz 2017 Kategori: Şəfaqət Cavanşirzadə

Qara Gümüş

“Ər yaxşı qadına xəyanət edə bilər, yaxşı əri heç bir qadın itirmək istəməz”. Bunu sizə həyatındakı ilk kişidən xeyir görməyən, əvvəllər bədbəxt olmuş qadın yazır. “Ərimdən yazmamışdan əvvəl sizə onunla tanışlığımızdan yazmaq istəyirəm. Bizim onunla tanışlığımızın qəribə, bəlkə də mənə qəribə gəlir, maraqlı tarixçəsi var. Onu, keçmişdə məni unutduğunu düşündüyüm tanrının mükafat qəbul edirəm. Taleyimin natamam hissəsi!…