Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 24 Şub 2020 Kategori: Çingiz Kürdəmirli

Oxusana

Oxusana Bilməm nədən son zamanlar, bir az təbim olan kimi,Daxilimdən gileyli bir səda gəlir: “Ox! Usan, a…bəsdi daha, nə etmisən, yaddaşında qalan kimi,götür köhnə yazıları, qarşına qoy, oxu…Sana!” Dünya sağmal inək kimi, sanki deyir, məni əmin,Pulun, malın çoxalacaq, varsa əgər “dayin”, “əmin”,Bu həyatda bircə şeydən, nəhayətdə ol ki, əmin,Qaçammazsan, Fələk özü tuşlayıbsa oxu sana. İndi […]

Tarih 18 Şub 2020 Kategori: Çingiz Kürdəmirli

Dərinə

Salam, dostlar. Tezdən yarıyuxulu halda qəlbimdə qəribə bir şeir yazmaq arzusu baş qaldlrdı. (Getdiyimə and olsun ki, ünvanlı deyil). Dərinə(təcnis) Söz aləmi dibsiz bir okeandır,Təzyiqə dözməzsən, getmə dərinə…Burda hər dəqiqə möhtəşəm andır,Gölməçə tap, sənlik deyil dərin, ə. Yetişmədin, bala, neçə sənədə*,Qoy məsləhət verim bir az, sənə də,Qələmi ai, özün qol çək sənədə,Fətva verib, saman təpim […]

Tarih 17 Şub 2020 Kategori: Çingiz Kürdəmirli

Boğazda

Boğazda Bu miskin həyatın budur əlacı,Yaşamaq istəsən, çoxu boğ azda,Əzəmətli görsən, gər bir ağacı,Səbəb tap, bəhanə gətir, boğazda. Ola bilməz əlin çirki, pul kimi,Haraya çatdırır, baxın, pul kimi!?Yalandan qızarmaz üzü pul kimi,Qəssab kəsər erkək heyvan, boğaz da. Çox alışıb-yandım, özgə yerinə,Başa düşən yoxsa, bunun yeri nə?İşlər var, qoyulur xəlvət, yerinə,Dardanel adlanan uzaq Boğazda. Çoxları bəsləyir, […]

Tarih 9 Şub 2020 Kategori: Çingiz Kürdəmirli

Ərz ağada

Ərz ağada(təcnis) Nə məmura inam qaib,Nə etibar ərzağa, da*…Haram qazanc həsrət qoyub,Xalqı halal ərzağa da. Yeyirdik hər zaman əti,Yaratdılar “zaman əti”,Var “halal”lıq zəmanəti,Hər gün edir ərz Ağa da. Di döz, sınaq kimyasına,Allah! Belə kimya sına!..Bu gün gəlsə, kim yasına,Sabah edər ərz “ağ”a** da. Araşdıraq bu dövrü, nə,İnkişafın bu dövrün, ə!?Qayıdacaq “Tunc dövrü”nə,Yaşayacaq ər “zağa”da.*** Halal […]

Tarih 30 Oca 2020 Kategori: Çingiz Kürdəmirli

Yazacam

Yazacam(dostlar üçün zarafatyana təcnis) Deyəmmirəm burda daha,Nəsə babat söz yazacam,Nə olsun ki, toxdu gözüm,Qarın deyir ki, yaz acam. Yad gecədir bizdə…Yad dan,Nə gözləyək axı yaddan?Tox günlərim çixıb yaddan,Yay, payız, qış, həm yaz acam. Nefti, qazi içir Marta,Gözləyirik gələ mart, a…Mey toplayaq, bir az marta,Təşkil edək də yaza “cam”. Üzdə varmı de ar, ağa,Saxlaya bir az […]

Tarih 30 Ara 2019 Kategori: Çingiz Kürdəmirli

Qazdadı

Qazdadı(zarafatyana) Mənzum məktubuma cavab yazanda,Vahid “quş” buraxdı, Sakit “qazdadı,”Donmuş bud qaynadan daim qazanda,Hardan bilər, necə olur qaz dadı?.. Dostlar rəydə rica etdi Eldardan,Fikrini bildirsin, çıxsın el dardan…Ya cavab ver, ya da bizi, Eldar, dan,Qələmini külüng elə, qaz dadı. Təcnis yazmaq deyil adi oyun, a…Girdin dəyirmana döndün oy! Una,Çoxları cəhd edib mənlə oyuna,Əlimdən çəkibdi neçə “qaz” […]

Tarih 9 Ara 2019 Kategori: Çingiz Kürdəmirli

Qorxusu olmur, qağa

Qorxusu olmur, qağa Mükəmməl sarılmışam, qələm kimi yarağa,Bəzən sərhədlər aşıb, çox çıxıram qırağa,Yazdığım səbəb olur, billəm böyük marağa,Təəccüb etmədim heç, aldığım bir sorağa,İslanmışın yağışdan, qorxusu olmur, qağa. Bu bir ömür yoludur, gah eniş, gah yoxuşdur,Kimisinə fəlakət, kimisinə naxışdır,Mənimsə öz mövqeyim, tamam başqa baxışdır,“Ho” var dağdan endirər, “ho” var qaldırar dağa,İslanmışın yağışdan, qorxusu olmur, qağa. Şeirimdə […]

Tarih 26 Kas 2019 Kategori: Çingiz Kürdəmirli

Yeddisinə

Yeddisinə (təcnis) Tanrı altı günə dünya yaratdı, Hansı işlər bəs qaldı yeddisinə? Hünərin var göstər bircə dənəsin, Dalbadal söyləyim mən yeddisin, ə… Daha olmayana adı, eh!…Sanda, Təsəlli tapırıq, verib ehsan da, Borc yığılır “üç”də olan ehsanda, Qarşıda “qırx”ı var, de yeddisi nə!? Düşünmə ki, ədib müftə ala san, Yazdığından özün zövqü al asan, Bəlkə də […]

Tarih 12 Eki 2019 Kategori: Çingiz Kürdəmirli

Bəndədi

Çingiz:
Kainatı hesab elə, Tanrı üçün a, – zaldı,
Burda olan məxluqatın, neçəncisi bəndədi?
Nə üçün sayı artırdı, verdiyindən az aldı?
Sualıma cavab verən, tapginən bir bəndə, di…

Tarih 6 Eki 2019 Kategori: Çingiz Kürdəmirli

Arvadlaşırıq biz

Bağırır ekran, efir, cürbəcür azadlığımızdan,
Əl çalır, oynayırıq, şellənirik şadlığımızdan,
İndi dövran dəyişib, dönmüşük inadlığımızdan,
Düşüb qərbin toruna, get-gedə bərbadlaşırıq biz,