Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 5 Haz 2020 Kategori: Çingiz Kürdəmirli

Düşmənimin dostu mənə dost deyil.

Bu gün şeir paylaşmaq fikrim yox idi. Amma feysbuxa qısa müddət ərzində nəzər salanda ağlıma dəli bir fikir gəldi. Dostlarımın sırasını seyrəltmək fikri yerləşdi başıma. Mənim xoşuma gəlməyən adamla bağrı – badaş olanlar mənimlə necə dostluq edirlər görəsən?((((. şəxsən mən belə şeyləri həzmə verə bilmirəm. Nə isə…. P.S. Şəkildəki Ağacdələn balaları bu gün tut yeyərkən […]

Tarih 3 Haz 2020 Kategori: Çingiz Kürdəmirli

Dəlilə

Salam, dostlar, Səhərin gözü açılmamış səhifəmdə gözəl yazar Vüqar Məcidin mənə ünvanlanmış bir şeirini oxudum. Həqiqətən çox xoşuma gəldi. Həm də bu Dostum mənə məsləhət görür ki, daha qələm – kağızı atım zibil qutusuna. Hələlik kinojurnal kimi bir şeir yazım ki, əhvalı rəncidə olmasn. Inşallah tale qismət nəsib etsə, bu yoldaşın müalicəsi ilə mükəmməl məşğul […]

Tarih 30 May 2020 Kategori: Çingiz Kürdəmirli

Qorxuram axı

Əziz dostlar. Çoxları elə bilir ki, mən ancaq satirik ruhda təcnislər yazıram….. Heç də belə deyil.Əvvəllər mən də Lirik şeirlər yazırdım. İndi bekarçılıqdan onlardan birini sizə təqdim edirəm. Qorxuram axı(yada düşən xatirələr) Mənə candan əziz, ey gözəl insan,Hopdun varlığıma sən zaman-zaman,Tükənib taqətim, qalmayıb aman,Biçarə könlümün nədir günahı?Sənə öyrəşməkdən qorxuram axı… Sənsiz eşq bağımın gülləri solar,Sinəm […]

Tarih 16 May 2020 Kategori: Çingiz Kürdəmirli

Oyuna

Oyuna (təcnis) Bütün dünya lənət oxudu Çinə,Yer Kürəsin saldı belə oyuna,“Papış” toxuyanlar şeytana, cinə,Yaratdılar belə müdhiş oyun, a… İmkanı olanın hər birin div an,Ağzını açana tuturlar divan…Varmı qu tükündən balışlı divan?Mitil həsrət qalıb daha o yuna. El qalıbmı, deyən ola: – “Elə sin”!?Qaldırma başını diz çök elə, sin,*Tv – lər göstərir hər gün eləsin,Möhtacdır bir […]

Tarih 7 May 2020 Kategori: Çingiz Kürdəmirli

İnanan daşa dönsün.

Belə bir məsəl var: “Molla deyir, mənə qulaq asın, oxuduqlarıma əməl edin, amma elədiklərimi eləməyin!” Şair də elə molla kimi bir vücuddur, ona görə də Sakit dostumuzun mənə yazdığı cavab şeirinə inanmayın.))) Səhər tezdən baxıb görürəm ki, bu adam özünü mömin kimi qələmə verib, üstəlik də hamı onun bu xoş məramlı əməlini alqşılayıb)). “Pir mənimdir, […]

Tarih 4 May 2020 Kategori: Çingiz Kürdəmirli

Təkbəndlər.

Təkbəndlər. Süni dırnaq, kirpik, makiyaj, silkon,Birləşib qoydular, gözəlliyə son!!! ***Sərvət eybəcərlik çıxarır üzə,Qotur həzzi kimi…Qaşımalıyıq,Ömür cəza kimi verilib bizə,Aministiyasız, yaşamalıyıq… *** Yazdığım şeirin hər sətirindən,Aləmə yayılan sevgi səsimdi,Tikanlı gülümün xoş ətirindən,Mənə qalan şirin xəyal bəsimdi. *** Sözüm boğazımda ilişib qalıb,Ruhum yad evində dönüb qonağaIlham pərim köçün kənarda salıb,Yazdıqlarım yük olubdu cınağa. *** Bu miskin dövranda […]

Tarih 1 May 2020 Kategori: Çingiz Kürdəmirli

ATIŞMA

Günaydin, dostlar! Sizi bilmirəm, amma mən dostlarımı tez – tez yada salmağı xoşlayıram. İndi gözəl qələm sahibi, ellim Qulu Zərdabininmənimlə deyişmələrindən birini paylaşıram ki, evdə qalan dostların başı bir az qarışsın ATIŞMA Qulu:Qocalıqdan nə zamandırGileylisən yenə dostum.Şükr elə ki vurur ürəkQalxıb enir sinə dostum. Çingiz:Gəl toxunma bu gün mənə,Dil istəmir dinə, dostum,Lazım deyil ürək – […]

Tarih 1 May 2020 Kategori: Çingiz Kürdəmirli

Alçala

Salam, dostlar. Alça yeməyi xoşlamasam da, səhər tezdən həyətə düşüb meyvə ağaclarını seyr etmək mənə ləzzət edir. Bu gün də alça ağacına baxarkən nəsə şeytan məni yoldan çıxardı ki, gərək bir təcnis yazam. Ağlıma gələni boşaltdım səhifəmə ki, mənə yük olmasın.)) Alçala(təcnis) Fələk çox mərdləri namərd önündə,Nə zamandı məcbur edir alçala.Düşmənə çevrilir arxan, önün də,Hamı […]

Tarih 10 Nis 2020 Kategori: Çingiz Kürdəmirli

Yatağında

Salam, dostlar! Mənim səhhətimlə maraqlanan yoldaşlara demək istəyirəm ki, narahat olmasınlar, hələ ki, hər şey yaxşıdır, sadəcə, əsəblərim dözmədiyinə görə Fesbuxa nəzər yetirə bilmirəm. İndi bir cızma – qara da paylaşıram ki, salamat olduğuma əmin olun..)) Yatağında(təcnis) Vaxt var idi təbim seltək,Hayqırardı yatağında,İndi paslı qılınc kimi,Məcbur olub yata qında. Olmur əsil şairdə var*,Gündəmdədir şair – […]

Tarih 26 Şub 2020 Kategori: Çingiz Kürdəmirli

Elana

Elana(təcnis) Deyəsən yetişir dünyanın sonu,Aqillər etmişdi bunu elan, a…Reklam geyindirir hər şeyə donu,Həyat uyğunlaşır indi elana. Tərəqqinin düzü hansı, tərsi nə?Təhsil, əxlaq, geyim…Hər şey tərsinə,Həkimlər qoymadı qala tər sinə,Tükəzbana heyrət edir Elana! Qəlbimizdə “Gen”lə gələn qor uyar,Şərəf ali hissdir, onu qoru, yar!Vətən adlı mülkü o kəs qoruyar,Onun üçün olsa əgər, el ana. Çingiz, sözlə dolu […]