Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 10 Oca 2017 Kategori: Çingiz Kürdəmirli

Qalıbdır

Məhəbbətdən yaranmış bir kitabam,
Dövran məni gör nə günə salıbdır?
Arada bir tozumu sil, vərəqlə,
Çox səhifəm oxunmamış qalıbdır….

Tarih 6 Oca 2017 Kategori: Çingiz Kürdəmirli

20 Yanvar

Neçə qəlb coşdu həmin gün, necə birləşdi bir anda….
İstiqlal arzusu doldu ürəyə, axdı qanında,
Möhtəşəm cihaddı bu, fövqəl əsarət zamanında,
Bu xalqın qeyrətinə, heyrət ilə baxdı zülümkar,
Yaddaşa qanla yazıldı iki söz:–“20 Yanvar”!!!

Tarih 27 Ara 2016 Kategori: Çingiz Kürdəmirli

Yaddaşımızdan

Hamımız narazıyıq zehnimizdən, yaddaşımızdan,
“İnternet sevgisi” məhrum eləyib sirdaşımızdan.

Çox qulaqlar uzanır, dil lal olur danışmadıqca,
“Mesaj” atmaqla xəbər, çün tuturuq soydaşımızdan.

Tarih 19 Ara 2016 Kategori: Çingiz Kürdəmirli

Virtual məhəbbət.

Dərdlərini göndər gəlsin üstümə,
Mənim qəlbim dərdlər üçün “Bilgisay”,*
Od vur, yandır, — tamaşa et tüstümə,
Tikdir öz eşqinə külümdən saray.

Tarih 30 Kas 2016 Kategori: Çingiz Kürdəmirli

Dodağına

Səni necə vəsf eləyim, bilmirəm,
Gözlərim dikilib qız, dodağına,
Əldə qələm, bir qərara gəlmirəm,
Yazsam yaraşarmı, söz dodağına?..

Tarih 25 Kas 2016 Kategori: Çingiz Kürdəmirli

Solmaz Şirvanlı ilə 2-ci deyişmə.

Solmaz:
Qoymusan üzünə həsrət,
Bir kəlmə sözünə həsrət,
O qara gözünə həsrət,
De , sənə necə inanım?

Tarih 25 Kas 2016 Kategori: Çingiz Kürdəmirli

Solmaz Şirvanl ilə deyişmə

Solmaz:
Salamını gözlədiyim,
Yollarını izlədiyim,
Hər kəlməsin sözlədiyim,
Söylə mənə, yaxşısanmı?

Tarih 25 Kas 2016 Kategori: Çingiz Kürdəmirli

Gələcək

Kredit də narkotik kimi şeydir,
Bir dəfə öyrəşdin, dalı gələcək,
Badəyə süzülən şeytani meydir,
Bir səfası, min zavalı gələcək.

Tarih 25 Kas 2016 Kategori: Çingiz Kürdəmirli

Əqidəmiz zibillənibdir

İstəyirəm iki kəlmə söz deyəm,
Bilmirəm ağlıma hardan gəlibdir,
Çoxu baş açmayır, necə bəndəyəm,
Xuda, yəqin belə lazım bilibdir.