Kategoriler

Arşivler

Çingiz Kürdəmirli Kategoriler

Tarih 21 Mar 2017 Kategori: Çingiz Kürdəmirli

Nəyimə Gərəkdi

Haram yolla yığılmış,
Pul nəyimə gərəkdi…
Onsuz da qul kimiyəm,
Qul nəyimə gərəkdi…

Tarih 19 Mar 2017 Kategori: Çingiz Kürdəmirli

Qalmayıb dözüm

Vücudumu acı kədər bürüyüb,
Daxili aləmim sanki çürüyüb,
Zaman məni başqa səmtə sürüyüb,
Ahımdan od tutub yanıram özüm,
Daha tükənibdir, qalmayıb dözüm.

Tarih 16 Mar 2017 Kategori: Çingiz Kürdəmirli

Ayrılıq daha pis

Sevən ürək bu gün uzaq düşübdür,
Doğma olan obasından, elindən,
Çələng hörüb göndərirəm əlimlə,
Eşq bağımın ətir saçan gülündən.

Tarih 6 Mar 2017 Kategori: Çingiz Kürdəmirli

Nəvəmiz

Bağçamızda bir gül açıb,
Gör neçə cür ətir saçıb,
Qüssə, kədər uzaq qaçıb,
Aşıb-daşır sevincimiz,
Cansu kimi var nəvəmiz.

Tarih 24 Şub 2017 Kategori: Çingiz Kürdəmirli

Bu gün

Qəlbimdə bir məzar qazılıb bu gün,
Nakam məhəbbətin dəfnin gözləyir,
Eşq oduna yanan bütün tanışlar,
Bu kədərli mərasimi izləyir.

Tarih 21 Şub 2017 Kategori: Çingiz Kürdəmirli

Neyləyim

Adil qardaş, Solmaz məndən küsübdür,
Danışmağa yoxdur aman, neyləyim?…
“NOTA” verib, əlaqəni kəsibdir,
Başım üstün alıb duman, neyləyim?

Tarih 23 Oca 2017 Kategori: Çingiz Kürdəmirli

Bir dəfə ağla

Tale yazısıyla çəkişmək olmaz,
Şair bir söz desin, yadında saxla.
Həyatın məcrasın dəyişmək olmaz,
Yenə ümidini Allaha bağla.

Tarih 22 Oca 2017 Kategori: Çingiz Kürdəmirli

Niyə ölməyir

Bir “gözəl”i istəyirəm, vəsf edəm,
Gözləmirəm əsla bu işdən xeyir,
Görməyəydim, kor olaydı kaş didəm*,
Daha yazammaram gözəldən şeir.

Tarih 18 Oca 2017 Kategori: Çingiz Kürdəmirli

A Dilbər

Əldə qələm, xəyalına dalmışam,
Nə müddətdi gündüz-gecə, a Dilbər,
Brcə dəfə görməmişəm hüsnünü,
Səni vəsf eləyim necə, a Dilbər?….

Tarih 16 Oca 2017 Kategori: Çingiz Kürdəmirli

Demədim axı…

Məni sevmə dedim Gülüm, bu qədər,
Bilirdin ki, sonu olacaq kədər,
Var alın yazısı, “Qəzavü-qədər”,
Yaddan çıxar, bu müqəddəs “günah”ı,
Amma, tamam unut demədim axı…..