şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Allahım Bağlıdır küçələr, açılmır bazar,Bu necə virusdur,bu necə azar,Bu dərddən ölənə qazılmır məzar,Rəhmin gəlsin nolar bizə Allahım! Hər kəsi bürüyüb təlaş,həyəcan,Hər kəs uzaq durur,söyləmir ki,can,Bu dərddən tez qurtul ey Azərbaycan,Şəfalar səp yola-izə Allahım! Dağlar dumanlanıb, gülməyir günəş,Yağdır üstümüzə bir alov-atəş,Evdeqal ey Xalqım,bu gündə birləş,Gül-çiçəklər bitir düzə Allahım! Açılsın kədərsiz sabahlar üzə,Qoy Odlar yurdumuz gəlməsin gözə,Sairlər-yazarlar […]
Rəhmət Söyləsin Gəlir xəyalıma dağlar-dərələr,Yamyaşıl ormanlar,o mənzərələr,Ağdaşım,Göydaşım,Sofu Güləsən,Mən nələr çəkirəm hardan biləsən? Yaxşı yadımdadır o”Qara taxta”,Düzlərdə oxuyan o Alabaxta,Ay Allah rəhm eylə bu “Qarabaxt”a,Bu yazıq bəndənin yaşın siləsən! İstəyirəm adın yazım birbəbir,Neynim ki,dözüm yox,nə də ki,səbir,Axırda evimiz məzar,bir qəbir,Mərd yaşa, kişi ol,mərd tək öləsən! Yemə məzlum malın,gələr gözündən,Utanıb, ölərsən bir gün özündən,Halal ol,nur yağsın,hər an […]
QALIB Mənim dərd çəkməyə nə canım qalıb,Daha nə dözümüm, amanım qalıb,Ötübdür ömrümün gözəl çağları,Açacaq sabaha gümanım qalıb! Ay mənə dost deyib Salam verənlər,Bu fani dünyada çiçək dərənlər,Gəlin halallaşaq ərlər-ərənlər,Daha azdır ömrüm,zamanım qalıb! Çəkdim can ağrısın canımda bəsdir,Görmədim bir kəsi yanımda bəsdir,Bal-şəkər dolanır qanımda bəsdir,Solğun çiçəklər tək,samanım qalıb! Bəlkə də bu şerim vida sözümdür,Bu Vətən,bu torpaq […]
Bu nə sevda ? Ay Allah bu nə sevda,Dolanır hey başıma,Axı sevmək,sevilmək,Yaraşmayır yaşıma! Agarıbdir tellərim,Qırış olub əllərim,Solub bağda güllərim,Tuş gəlibdir qışıma! Sevda məndən uzaqda,Dondum şaxta-sazaqda,Eşqə məzar qazaq da,Fələk gəlib tuşuma! Sevmə məni sən Allah,Qazancım olar günah,Etdim Tanrıya pənah,Baxan yox göz yaşıma! Nə and iç,nə inandır,Könlüm dopdolu qandır,Nə də bağrımı yandır,Sevda gəlmir huşuma, Ğozəllik yox ki,məndə,Can […]
İtmiş xatirələr! Sökülən o evlərdə,Xatirələr sökülür,Uçur kərpiclər kimi,Bir-bir yerə tökülür, Çilik-çilik olur bax,Pəncərə şüşəsi tək,Yanır o xəyallar da,Çıraq pərvanəsi tək! Alışan xəyalların,Qanadları qırılır,Puç olan xatirənin,Məhkəməsi qurulur! Sökülən divarlarda,Körpəliyim sökülür,Gözlərim bulud olur,Yerə leysan tökülür! Bükülür qollarımız,Çarpazlanır sinədə,O bəxtəvər günlərə,Biz dönürük yenə də! O divarlar şahidi,Xoşbəxt günlərimizin,Gah yıxılan,gah duran,Haray-ünlərimizin! Orda uşaqlığımız,Gəncliyimiz ötüşüb,Ata-analı çağlar,Yenə yadıma düşüb! Sökülən divarlarda,Xatirələr […]
GEL ÖMÜR Gəl ömür dəftərimi,Vərəqləmə ey fələk,Qalıbdır ürəyimdə,Min bir arzu,min dilək! Kəsmə tezkən yolumu,Qoy həyatdan kam alım,Burma nolar qolumu,Qıyma belə qocalım! Canıma min cür ağrı,Acı yazdın dözürəm,Gahdan asi düşürəm,Yaşamaqdan bezirəm! Taleyimə qaranı,Yazdın dözüb dayandım,Vurdun qəlbə yaranı,Qara geydim,boyandım! Hər kəs qurdu ev-eşik,Mən yurda çəkdim keşik,Layla çala bilmədim,Nə də qurmadım beşik! Dörd divardır,bir də mən,Kədər yeyən, dərd […]
Səs verək Səs verək doğruya,səs verək düzə,Sərinlik səpilsin ürəyimizə,Bir Tanrı gəlsin qoy köməyimizə,Paylayaq muştuluq,həm də sadağa,Fərəhdən bu ürək qoy dönsün dağa! Seçilsin Haqq deyən,haqlı oğullar,Edək atəşfəşan,səpək noğullar,Görsən yol vermə ki, Haqqı boğullar,Doğruya qoyulmaz heç vaxt qadağa,Üz tutub,yol açaq biz Qarabağa! Solmaz haray çəkir, doğru kəs üçün,Çalışın, çarpışın haqlı səs üçün,Qayıtsın torpaqlar hər nəfəs üçün,Sancağın bayrağı […]
Allah saxlayır Gözlərim şəlalə tək, coşur-daşır, çağlayır,Hər kəsi özü bilib,dərdlərinə ağlayır,Haqqın sınağındadır, dözür hər bir əzaba,İnanıb Allahına,Ona ümid bağlayır! Qəlbində sevda yükü,yetmədi arzusuna,Dözdü ağrı-acıya,şükr etdi ruzusuna,Ötdü ömür,keçdi gün, döndü güllər xasına,Bir də baxıb gördü ki,əcəl onu haxlayır! Alıb elə əsanı,boylanır zirvə sarı,Könül arzular yolu, aşmaq istər hasarı,Qəlbində Vətən eşqi,yaylaqlara güzarı,Solmaz çoxdan ölərdi,onu Allah saxlayır!Duası Haqqa […]
Leysan yagışla Bilsəm ürəyinə qəm gətirmişəm,Tutaş kirpiklərə nəm gətirmişəm,Desən ki, sevgimi kəm gətirmişəm,Bir onda deyərəm məni bağışla! Qarlı gış günündə günəşim olsan,Gur yanan ocağım, atəsim olsan,Ömrümə hədiyyəm,peşkəşim olsan,Deyərəm könlümü özün naxışla! Həsrət gözlərimə vüsalı qıysan,Sevən baxışımı anlasan,duysan,Sevgimi sevginlə baş-başa qoysan,Qəlbimiz sevinər leysan yağışla! Solmazın ruhunun sevgisi hanı,Şeriylə, sözüylə gəzir dünyanı,Məhəbbət aşiqi,sevgi sultanı,Dilində duası bitib alqışla!!! […]
Ana Həsrəti Bir ana həsrətiylə, Yandım-yandım qocaldım,Fələk məni ağlatdı,Mən fələkdən bac aldım! Döndüm şeirə, nəğməyə,Sətirlərdə ucaldım,Gileyləndim fələyə,“Dərd şairi”tac aldım! Otuz altı ildir ki,Ağlar qaldı gözlərim,Qara bürünüb,geydi,Qələmimdə sözlərim, Gözlədim gəlmədi O,Qəmimi bilmədi O,Üzümdə şırım açan,Yaşları silmədi O! Hər gecə yuxularda,Olur özü qonağım,Saçlarıma əl çəkir,Sığallayır yanağım! Deyəsən darıxıbdır,Mənsiz qala bilməyir,Baxıram mən sarıdan,Gül yanağı gülməyir! Darıxma gələcəyəm,Azca zamanım qalıb,Anam […]