Kategoriler

Arşivler

Nazli Hacili Kategoriler

Tarih 26 Nis 2021 Kategori: Nazli Hacili

HAZIR DURMUŞAM..

HAZIR DURMUŞAM.. Gözümün üstündə saxlaram səni, Öl desən ölərəm,qal desən, qallam. Yaraya yar etsə əğyar qəlbini, Əz desən əzərəm,böl desən, bölləm. ** Rastıma çıxmısan sən elə vaxtda, Çiçəklə bəzənib tale də,bəxt də, İzimi izin bil,durma qıraqda, Nazıma haqq versən,qul desən ,ollam. ** Əyilmiş yollara yolçu olmaram, Xəzanla döyüşə girrəm,solmaram, Sultanlıq versələr ,bəlkə almaram, Sən mənə […]

Tarih 23 Nis 2021 Kategori: Nazli Hacili

GÖZÜM YOX.

GÖZÜM YOX. Az-çox gördüm mən dünyanın vəfasın, Bu dünyada zərrə qədər gözüm yox. Səfasından çox çəkmişəm cəfasın, Bu dünyada zərrə qədər gözüm yox ** Gizlətmirəm ,söz deməyə sözüm var, Öz özümü qızdırmağa közüm var, Ağı bozdan seçmək üçün gözüm var, Bu dünyada zərrə qədər gözüm yox. ** Əzdi,məni dindirmədi təbimcə, Verəmmədi səfamı bir həbimcə, Bir […]

Tarih 11 Nis 2021 Kategori: Nazli Hacili

VƏTƏN SƏNİN ƏSGƏRİNƏM BU GÜN MƏN..

VƏTƏN SƏNİN ƏSGƏRİNƏM BU GÜN MƏN.. ** Bayrağıma şərəflə and içərəm, Vətən sənin əsgərinəm bu gün mən.. Lazım gəlsə canımdan da keçərəm, Vətən sənin əsgərinəm bu gün mən.. ** Qarış-qarış torpağını öperem, Düşmən üçün mən özüm bir çəpərəm, Mən şücaət,mən qeyrət,mən təpərəm, Vətən sənin əsgərinəm bu gün mən.. ** Yağıların başına od ələrəm, Mənfurları yer […]

Tarih 1 Nis 2021 Kategori: Nazli Hacili

ƏR OĞLU PAŞAM.

ƏR OĞLU PAŞAM. ******* Vətən darda ikən qoşdun yardıma,Qardaşlıq köməyi etdin yurduma,Sevginle cəsarət verdin orduma,Kazım Qarabəkir,ər oğlu paşam.. * Doğma Naxçıvana gəldiyin andan,Qurtardın bu xalqı ölümdən,qandan,Sənə minnətdarıq ürəkdən,candanKazım Qarabəkir,ər oğlu paşam.. * Saldın vəlvələyə məlun düşməni,Qovdun vətənimdən dumanı,çəni,Bu millət heç zaman unutmaz səni,Kazım Qarabəkir,ər oğlu paşam.. * Şərəfsiz düşməndən sən qisas aldın,Yağını ayağın altına saldın,Odur […]

Tarih 26 Şub 2021 Kategori: Nazli Hacili

YAZIMSAN MƏNİM

YAZIMSAN MƏNİM. İçimi sızladan,canımı yaxanSəssiz bir misrasan şeirlerimde.Bal kimi süzülüb könlümə axanSəssiz bir misrasan şeirlərimdə… ** Gündüzlər günəşim,gecə ayımsanSən mənim Rəbbimdən nurlu payımsanEkizim,bənzərim,əsil tayımsanSəssiz bir misrasan şeirlərimdə. ** Çiçəkli baharım,gülüzarımsanÖmrümün mənası,təkcə yarımsanCanımsan,gözümsən,gözdə nurumsanSəssiz bir misrasan şeirlərimdə. ** Ruhumu oxşayan mələyimsən sənSevincim,ümidim,diləyimsən sənKöksümdə çırpınan ürəyimsən sənSəssiz bir misrasan şeirlərimdə.. ** Hissimin,duyğumun ünvanı,adıSevdamın solmayan arzu,muradıEşqin istiradı,sevginin dadıSəssiz […]

Tarih 26 Şub 2021 Kategori: Nazli Hacili

XOCALI

XOCALI ***** O gecə od yağdı göylərdən yerəDəyişdi ruzigar lap birdən-birəAlışdı kül oldu oba,dağ,dərəNaləydi,fəryaddı,səsdi Xocalı. ** Körpələr,qocalar ayağı yalınKörpəyə bükürdü ana öz şalınKöksü dağlanmışdı yurdun,mahalınO gecə matəmdi,yasdı Xocalı. ** Xainlər,alçaqlar kəsdilər yoluNə qədər insana etdilər zülümHər tərəf dəhşətdi,hər tərəf ölümQəzəbdən titrədi,coşdu Xocalı.. ** Xocalı o gecə çəkildi daraGünahsız insanlar aldı min yaraDünya hay vermədi bu […]

Tarih 10 Oca 2021 Kategori: Nazli Hacili

SƏN YOXSAN.

SƏN YOXSAN.. Bahar yerindədir,yaz yerindədir,Ocaq yerindədir,köz yerindədir,Bütün gördüklərin öz yerindədir,Ama nə fayda ki,təkcə sən yoxsan.. *Çaylar yerindədir,dağ yerindədir,Çəmən yerindədir,bağ yerindədir,Zaman yerindədir,çağ yerindədir,Ama nə fayda ki,təkcə sən yoxsan.. *Gedir axarıyla bu gözəl həyat,Gül-çiçək sevinir ,açır qol-qanad,Yenə əvvəlki tək gülür kainat,Ama nə fayda ki,təkcə sən yoxsan.. *Sinəmi dağlayır sənsizlik qəmi,Yoxdur daha mənə könül həmdəmi,Həsrətdən olmuşam yelkənsiz gəmi,Ama […]

Tarih 26 Ara 2020 Kategori: Nazli Hacili

SULTANIM MƏNİM

SULTANIM MƏNİM ****. Gündüzlər xəyalım,gecelər röyamMənim sevgi dolu sehirli dünyamDamarımda qanım,canımda mayamSənsən ey gözəl yar,sultanım mənim. ** Gözümün nurusan,ömrüm baharıSən könül bağçamın gülü,gülzarıBu sınıq qəlbimin tək bir dildarıSənsən ey gözəl yar,sultanım mənim. ** Ruhumun qidası,yanan çırağımDüşüncəm,xəyalım,səsim,sorağımQürurum,dəyərim,eşqim,fərağımSənsən ey gözəl yar,sultanım mənim. ** Çiçəkli baharım,bəhrəli yayımGöylərdə bərq vuran ulduzum,ayımBoyuma biçilmiş ən gözəl payımSənsən ey gözəl yar,sultanım mənim. […]

Tarih 10 Ara 2020 Kategori: Nazli Hacili

SƏNİ UNUTMAQÇÜN SEVMEMİŞEM Kİ..

SƏNİ UNUTMAQÇÜN SEVMEMİŞEM Kİ.. (“Görən sevgimizin günahı nədir”kitabımdan) Deyirsən unudum səni daha mən, Səni unutmaqçün sevməmişəm ki.. Mən öz iqbalıma hər an tənəm,tən, Səni unutmaqçün sevməmişəm ki.. ** Belə ucuz tutma gəl məhəbbəti, Zay etmə Rəbb verən gözəl sərvəti, Çoxdur bu sevgimin qədri,qiyməti, Səni untmaqçün sevməmişəm ki.. ** Razılıq eləmə heç də özündən, Ürəyim sınıbdır […]

Tarih 6 Kas 2020 Kategori: Nazli Hacili

UZAT MƏNƏ ƏLLƏRİNİ

UZAT MƏNƏ ƏLLƏRİNİ Başım üstün kəssə fələk,Qara yel tək əssə fələk,Mənə versə qüssə fələk,Uzat mənə əllərini… Qədrini bil məhəbbətin,Hüzurunda dayan mətin,Bir az varsa səxavətin,Uzat mənə əllərini… Şər sevmirsə bizi qoşa,Ümidlərin çıxır boşa,Haqsızlığı verib xışa,Uzat mənə əllərini… Şeytanın əlinə daha,Çalış bir də vermə yaxa,Bir az olsun qəlbin yuxaUzat mənə əllərini… Rəbb insanı tez-tez sınar,Xain olsan el […]