CANI VAXTINDA QORUYUN

Ömrə güc gələn dərd duranda üzə,
Həyacan keçirib, Ey can qoruyan!
O ki, sızıltıyla verdi biruzə
Məhəl yetirməyib olmadın duyan.

Bədəndə gizlicə məkan seçsə də
Dərd, bəla heç zaman gəlmir xəbərsiz.
Saymırıq can yeyib, qandan içsə də,
Ağıl işlədirik qalsaq çarəsiz.

İbrət götürməyib vaxtsız gedəndən
Canın qayğısına biganə qaldıq.
Kamil dərs alaraq zərər edəndən,
Peşiman yaşama vəsiqə aldıq.

Ey insan, qoruyun, ömrü əbədi
Səhvlər ucbatından getməmək üçün.
Sökülüb dağılsa tale məbədi
Üzülüb, təəssüf etməmək üçün.




Mübariz Hüseyn Borçalı
www.kafiye.net