Qopardın getdin

Onsuzda inamım lap üzülmüşdü,
Olan–qalanımı qopardın getdin.
Şübhə, tərəddüdlər məni üzmüşdü,
Öyünə bilərsən, ,,otardın” getdin.
Olan–qalanımı qopardın, getdin.

Yalanı toplayıb böyük dag etdin,
Adımı hər dəfə ora tag etdin,
Göyərən arzumu xəzan bag etdin,
Ruhunu ruhuma qatardın, getdin,
Olan–qalanımı qopardın, getdin.

Ürəyi təmizin diləyi təmiz,
Qəlbin təmizdirsə, gözəldir bəniz.
Zərrə xəyanəti yuyammaz dəniz…
Bütün sevincimi apardın, getdin.
Olan–qalanımı qopardın, getdin.

Fəridə uysa da and–amanına,
Heç vaxt gələmmədin dinə imana.
Qədrini bilmədin sənə yanana.
Gecikmiş, yol azmış,,qatardın”,getdin.
Olan– qalanımı qopardın, getdin.



Fəridə Köçərli İbrahimova
28 06 2020.
www.kafiye.net