Dar Günün



Dar günün ələyində
Ələdim dostlarımı
Yadıarı,qohumları,
Otları,toxumları
Zamanın küləyində
gizlənən kim,uçan kim?
Əl uzatmaq yerinə
Baş götürüb qaçan kim.
Ələndikcə ələndi
Can deyənlər qalmadı.
Canı qurban deyənlər
Hamsı keçdi ələkdən
Xəlbirdə bircə dənə
Vəfalı can qalmadı
Dürüst insan qalmadı.
Dar günün ələyində
Ələmişəm hər kəsi,
Kimsə mənə canımsan,
Ürəyimsən deməsin!




Tamara Rustamova Tənha Bulud.

www.kafiye.net