Azərbaycan qadını

Dolanır şan şöhrətin, elləri dildən- dilə
Qoru sən saflığını düşmə pis ,yaman dilə.
Allah ,əsirgəməyib səndən heç bir neməti
Sən də qoru Allahın verdiyi əmanəti.

Səndən alıbmı yoxsa, bənövşə küskünlüyü?
Yasəmən öz qoxusun nərgiz də süslüyünü.
Yanağından alıbdır lalələlər də rəngin .
Neçə- neçə bəstədə notlar xoş ahəngini

Yerişin də, ürkəkdir ceyran tək sək-səkəli
Baxışların çox iti, çox da nazlı qəmzəli.
Allahın da tay edib uca sərvə boyunu.
Əcdadların bəllidir yaşat öz kök soyunu.

Dədə Qorqud soyusan, baban olub Oğuz xan.
Qərinələr dəyişib, dəyişməyib bu ad şan.
Nənən Sara xatundur nəsillərə ad olub .
Namusu qeyrəti də o sənə miras qoyub .

Döyüşdə arxa olub ,öz oğluna ərinə.
Gərək olduğu anda xəncər alıb əlinə.
Yeri gəldi at çapıb xış tutub yer şumlayıb.
Dik tutub öz başını düşməndən pay ummayıb.

Sahib çıxıb malına, mülkünə sərvətinə
Əyməyibdir başını nadanlıqdan önünə.
Kişi kimi mərd olub dünyaya mərd gəliblər
Sədəqəçün heç zaman başların əyməyiblər.

Düşməyib bircə ləkə şanına şöhrətinə.
Hər vaxt bağlı olubdur elinə millətinə.
Qoru öz tarixini,qoru sən öz adını.
Yaşa dünya durduqca ,Azərbaycan qadını.

Nahidə Tagıyeva Qurbanova / 22.04.2019
www.kafiye.net