Alıb ürəyimi

Alıb ürəyimi yenə qarşıma
Nə qədər nəsihət öyüd vermişəm.
Bitir bu çiləni yazıqsan deyib
Bu gün yenə xeyli tənbeh etmişəm.

Susub sakit -sakit baxıb üzümə.
Dinib danışmayıb qururlanıbdır.
Bilmirəm bəlkə də o da özünə
Deyib bu neçənci unudulmaqdır.

Nə etsin bəlkə də bezib əlimdən.
Ağ olmur üzümə dinib danışmır
Bilir ki bu əsəb ötüb keçəcək
Onunçün işimə o da qarışmır.

Nahidə Tagıyeva Qurbanova /15.08.2019
www.kafiye.net