BİR OCAQ DA, KAŞ OLMASIN BƏLƏKSİZ

Xaliq sizi xəlq edərsə dünyaya,
Dağılan ev, abadlaşan yurd olar.
İnanmıram istəklərdən can doya
Verdiyiniz sevinc, arzu – kam olar.

Hər ürəkdə gözlənilən diləksiz,
Bir ocaq da, kaş olmasın bələksiz,
İlahinin gözlərində mələksiz
Gönçə tək açsanız kədər, qəm solar.

Fələk əzab piyaləsi süzsə də,
Dözməliyik, can inciyib, bezsə də,
Gedənlərin iztirabı üzsə də
Ümidimiz sizədi, Ey balalar!

Şənliyiniz olar evdə toy- düyün,
Məlhəmi sizdədi yorulsa beyin,
Könlünüzü ala bilməsə bir gün
Nənə – baba ürəyinə qəm dolar.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net