“Bismillah” hər xeyirin başıdır

Uşaqlığım keçmədi uşaq kimi,
Qəm mənim ,mən qəmin sirdaşı idim
“Kukla”sına tort yedirəndə qızlar
Mən dərd qaşıqladım, göz yaşı yedim,
“”Bismillah” hər xeyirin başıdır “dedim..

Susdum, ürəyimlə danışdı dilim,
Bir dostum yoxdu ki ,dərdimi bölüm,
O vaxtdan şeirə bağlandı könlüm,
Qələmi könlümün sirdaşı bildim,
“Bismillah” hər xeyrin basıdır” dedim.

Körpə ürəyimdə dünya daşıdım,
Oyuncaqla oynayanda yaşıdım.
Uşaqlığı ahıl kimi yaşadım,
Gecə ilə gündüz qoşadır dedim,
“Bismillah” hər xeyrin başıdır ” dedim.

Tənha Bulud ömrün xəzan çağında
Hələ də doymayıb uşaqlığından
Baxıb bu halıma gülsə bir insan
Eybi yox ,nadandır naşıdır dedim,
“Bismillah” hər xeyrin başıdır dedim.

06/04/2017 Tamara Rustamova Tənha Bulud
www.kafiye.net