ZURNAÇI GÜLƏM (Öykü)
Azerbaycan Türkçesiyle

1992-ci ilin may ayıydı. Babam gur qaşlarını çatmış, Araz çayına nifrətlə baxırdı. Çay bulanıqdı, yağış suları ilə əməlli-başlı coşmuşdu. Önünə çıxan hər kəsə sanki meydan oxuyurdu…

Qaçaqaç zamanı ermənilərin hücumlarından qaçan ailəsindən anası çayın azğın sularına qurban getmişdi.

“Kim bilir necə canları alıb götürdün, necə insanların qatili oldun. Geridə bir aləm dərd və göz yaşı qoydun. Bu azmış kimi ilan təkin qohumlarımızla aramıza girdin, illərlə bir-birimizə həsrət qaldıq” deyə söyləndi. Göz yaşları muncuq-muncuq yanağından yuvarlanıb ağ saqqalını islatdı. İllərin yığılmış nifrətini ağızdolusu çaya tüpürdü.

“Hacı dədə, Hacı dədə, gecikdik!”

Broadvay model avtomobilimlə gedirik. HəsrətKörpüsü çox qələbəlikdir. Məhşər kimi… Yavaş-yavaş irəliləyirik. Azərbaycan müstəqilliyinə yeni qovuşmuş, sərhəd qapısı açılalı bir neçə gün olmuş, naxçivanlılar qollarını geniş açaraq bizə doğru gəlirlər. Maşının qabağına özlərini atıb yolumuzu kəsirlər. Yorğun çöhrələrində sevinç qucaq-qucaq, kömür qarası kimi gözləri işıl-işıl…

-Qonağımız olun.

-Allah razı olsun. Sədərəkdə qohumlarımız gilə gedəcəyik.

-Bizə qonaq olun, yenə gedərsiniz.

Az qala yalvarırıq, bizi buraxırlar, amma sifətləri tutulur, Gözləri ardımızca məlul-məlul baxır. Dərhal gümrük qapısından sonra sola dönürük. Sədərək qəsəbəsinə doğru yola düşürük… Göz işlədikcəüzüm bağları və tərk edilmiş yıxıq-tökük şərab zavodları… Ağrı dağı arxamızdan bizi izləyir, göy üzü atlas kimi pırıl-pırıl, son dərəcə mavi… Günəş göy üzünün zirvəsindən enməyə hazırlanır. Qəlbim köksümə sığmır, sürətlə döyünür.

-Cəfərcan, burada savaşmı oldu?

-Xeyr, dədə.

– Amma müharibədən çıxmış kimidirlər…

Yol boyunca hər kəs əl eləyir. Uşaqlar kimi sevinirlər. Babam haqlı, üst-başları tökülmüş, səfil vəziyyətdə… Ayaqlarında yırtıq ayaqqabı, şalvarları yamaqlı, cırıq, amma qızıl dişləri yenə də gülücüklər saçır.

Qəsəbəyə girmədən, naxçıvanlılar zurna-balabanla ilə yolumuzu kəsirlər… Krallar kimi qarşılanırıq. Halay çəkirik; öpürlər, qucaqlayırlar, iyləyirlər, bağırlarına basırlar. Buraxmaq istəmirlər. Bizə bənzəyirlər; eyni atanın uşaqları kimiyik. Qəsəbəyə çatınca hər görən qaça-qaça gəlib qucaqlaşır… Canana həsrət insanlar kimiyik…

-Türkiyədən qonaqlar gəlib, hamınız gəlin, qonşular.

-Xoş gəliblər səfa gətiriblər. Başımız, gözümüz üstə gəliblər.

-Sizə qurban olum, xoş gəlibsiniz.

-Bizim evə gəlin, gonağımız olun.

-Yox, yox bizə gələcəklər.

-Öncə mən gördüm, bizə gələcəklər,

-Yox, yox! Öncə mən dedim.

-Qardaşım, mənim qohumumdur, qoyun evimə aparım.

-Olmaz, mən aparacam.

-Yox, mən aparacam.

-Dalaşmayın, hələ bir sakit olun…

Bir neçəsi sağ əlimdən, digərləri sol əlimdən tutub dartırlar. Tutduqlarını evlərinə aparırlar.

“Babam qaldı… Hacı babam…” deyə bağırıram…

Kənddə bayram havası. Sevincləri yerə-göyə sığmır. Sədərək yoxsulluqdan, yoxluqdan bitab düşmüş, dəfələrlə quldurların talanına məruz qalmış kimi. Solğun, bitkin,illərin yorgunu… Çırıl-çılpaq, içi boş evlər, boyası solmuş tökülmüş divarlar; əsarətin acısını, yoxsulluğun zülmünü üzümüzə hayqırır. Bir neçə qırıq-tökük taxtamasa, stul, yüklüklərdə bir neçə yorğan-döşək…

Misafirlərinə xidmət etmək, yaxşı qarşılamaq üçün bir-birləri ilə bəhsə-bəhs bir yarış…

Axşam Kəlbayı Qəmbərin qohumunun evinin önündə masalar düzüldü. Evlərinin küncündə-bucağında nə tapdılarsa masaların üzərinə qoydular. Gülücüklər saçılan qəhvə rəngi, kömür qarası gözlər üzərimizdə…

Ağrı dağı kimi sərt və heybətli olan babamın uzun sifətini örtən saqqalı çoxdan çallaşmışdı. Zarafatı sevməz, az danışır, çox gülməzdi. Sifəti daim tutqundu. Qohumumuz yanındakı taxta stulda oturmuşdu. Onunla heç maraqlanmırdı.

“İllərdir bu qapı açılsa da gedib qohumlarımı görsəm, deyə yanıb tutuşurdum. Çıxa-çıxa kəndin ən qulduru mənim qohumum çıxdı” deyə içindən keçirdi. Sərt üzündə acı bir təbəssüm oynadı. “Hələ qohumlarımı görüm deyə gecə-gündüz dua edərdim, ən çox da onayanıram. Köpək oğlu bəlkə də aylardır çimməmiş, heyvan leşi kimi… Burnumun dirəyi sızladı.” deyə söyləndi.

Stulunu bir az yanından uzaqlaşdırıb, üzünü yan tərəfə çevirdi.

Bizimlə gələn Kəlbayı Qəmbərin qohumu müəllimdi, həm də tanınmış bir şairdi. Məşədi Səfərin qohumu isə həkimdi. Naxçıvanın sayğın insanlarıydılar. Kimisi şeir oxudu, kimisi türkü söylədi. Kimisi qarmon çalıb, tar çalıb Azərbaycan mahnıları söylədi. Fuzulidən Şehriyardan şeirlər oxudular. Koroğlu, QaçaqNəbi, Dədəm Qorqud dillərindən düşmədi. Bu qədərtəhsilli olmalarına mat qalmışdım. Kiçik bir kənddə şaşqın ördək kimiyəm. Sudan çıxmış balıq kimi ağzımaçıq… Misafirlərini əyləndirmək, xoş zamanlar keçirmək üçün əllərində, ətəklərində nə varsa ortaya tökürlər. Misafirlər, xüsusilə də hacı babam rahatsız olmasın deyəmasa altında gizlədikləri vodkalarını da gizli gizli içirlər. Növbə qohumumuza gəlmişdi. Qısa boylu, gombul, üstü-başı pəjmürdə Zurnaçı Guləm, əlinisolmuş, tiftiklənmiş köhnə jaketinin qoltuq cibinə soxdu, bir zurna çıxardı. Kipriklərini qırpa-qırpa Hacıdədəmə göstərdi.

“Mən də zurna çalıram.” dedi.

Babamın sifəti dərhal tutuldu. Çatıq qaşları alnının ortasında birləşdi, bəti bənizi ağardı.

“Qoy onu cibinə!”-dedi, əsəbi bir şəkildə.

Zurnaçı Guləm pərt oldu, üzü çuğundur kimi qızardı. Sağ gözü səyriməyə başladı. Bir an nə edəcəyini bilmədi. Cibinə qoymaqda tərəddüt edincə dədəm dirsəyi ilə boş böyrünə vurdu.

“Qoy onu cibinə dedim! Məni rəzil eləmə. Adamsan, adam balasısan…”

Zurna əlindən yerə düşdü. Dərhal yerdən götürüb cibinə qoyarkən masalardaki vodka qoxusuna “Ha haha…lar” qarışdı. Dədəm, Kəlbayı Qəmbər ilə Məşədi Səfərə baxdı. İkisi də kıs-kıs gülürdu: “TəvəkkülAllaha bu alcaqlar kənddə məni rəzil edəcəklər.” deyə fikrindən keçirdi.

Gecə çox yaxşı qarşılandıq. Xüsusilə, babama çox yaxın münasibət göstərmələrinə baxmayaraq yenə də çox razı qalmamışdı. Söylənə-söylənə yatağında sağa-sola çevrildi, bir müddət gözünə yuxu girmədi.

“Kənddə, bacımla danışmıram, emioğlumla danışmıram, gardaşımla danışmıram. Ən yaxın qandaşlarıma küsmüşəm, danışmıram. Gəlmişəm, başqa ölkədə özümə qohum-əqrəba axtarıram” deyə söylənir, özünü mühakimə edirdi. Bir ara qalxıb yatağının içində oturdu.

“Cəfər can, qalxın gedək, mənim gözümə yuxu girmir, yatammıram.” Gözlərimi ovalaya-ovalaya: “Ay hacı dədə.” dedim, “Bu saatda ayıb olur, həm də gecə gömrük qapalıdır, qoymazlar keçəm.”

Kəlbayı Qəmbər də oyanmışdı. Yalvardılar, yaxardılar, inandırdılar. Zatən sabaha da az qalmışdı. Sabah erkəndən ürəklərimizə yeni dostluqlar yükləyib geri döndük. Daha bir gün keçmədən kənddə Hacı babamın qohumunun zurnaçı olduğu xəbəri yayıldı.

-Kosqoca Hacı Məsim ağanın qohumu, zurnaçıymış!

-Yox canım, inanmaram!

-12 imam haqqı, Həzrəti Abbas haqqı!

-Ha ha ha!

Kəndlilər öz aralarında danışıb gülürdülər. Hacı babamın qulağına gəldikcə əsəbiləşir, Kəlbayı Qəmbər ilə Məşədi Səfərə lənət yağdırırdı.

Aradan bir həftə keçmişdi. Çolaq Musanın kiçik oğlu Məmiş, Hacı Məsim dədəmin evinin önündə durub avaz-avaz bağırırdı.

-Hacı Məsim ağa! Hacı Məsim Ağa!

-Ay bala niyə bağırırsan?

-Hacı Məsim ağa, bir həftəyə ağabəyimin toyu var. Atam deyir ki o zurnaçı qohumuna xəbər eləsin, gəlib toyumuzda zurna çalsın. Hacı Məsim dədəm çox əsəbiləşdi. Gür qaşları anlının ortasına toplandı. Əli-ayağıtitrəyirdi.

“O abdal atana söylə.” dedi, ”Mənim zurnaçı qohumum başqa toyda zurna çalacaq. Amma narahat olmasın, mən zurnamı göndərəcəm. Mənim zurnamı çalsın.” İçəri girəndə üzü çuğundur kimi qızarmışdı.

Mehmet KUM
www.kafiye.net