MƏKTUBLA GƏLƏN TÜPÜRCƏK

Payız saralıb solmuş, bəti-bənizi ağarmış, artıq son günlərini yaşayırdı.Dağlar yaşıl əlbisələrini çıxarıb atmış, sarının tonları ilə süslənmişdi. Ağrı dağı neçə gündür qoca başını boz dumanların arasına soxmuşdu. Ayaz rüzgarların dalınca düşmüş, ovada meydan sulayır, fağır-füqəraya sanki meydanoxuyurdu…

Tamahkar kəndində qış hazırlıqları da tam sürətlə davam edirdi. Qış
yaxınlaşdıqca təzək qalaqları evlərin önündə yüksəlirdu. Tənəkə sobalar da qurulmağa başlamışdı. Kiçik uşağı, xəstəsi olanlar axşamları sobaları yandırmağa belə başlamışdı.

Yaydan qalma bir gündü. Rüzgar saralıb tökülmüş yarpaqları önünə qatıb sağa-sola sovurur, ətrafı dolaşıb keçərkən təmizlik işlərini də görürdü. Qəhvəçi, toz qalxmasın deyə dağlardan nazlı gəlin kimi sallana-sallana axıb gələn çayın suyundan qəhvəxananın önünə sərirdi. Kəndin əhlikeflərindən olan və həyatı boyunca namaz qılmayan, camiyə bir dəfə belə olsun girməyən Ədabaz Guləm
qəhvəçiyə:

– Abdal, suyu yavaş çilə üzərimə sıçramasın, abdəstim pozulacaq deyərək takılıyor, qəhvənin önündə oturan kəndlilər də qəhqəhə çəkirdilər…

Molla isə Quldur İsmayılı qəhvəxananın kənarına çəkmiş, səssiz-səssiz danşırdılar. Əl-qol hərəkətlərindən, mimikalarından anlaşıldığı qədərilə hələ dünən atası ilə qovğa edən Quldur İsmayıla nəsihət edirdi. Kəndin ən yaşlı ağbirçəyi Şahsənəm bacının da yenə nəvəsi qeyb olmuşdu, təlaşlı-təlaşlı
gördüyü hər kəsdən nəvəsini soruşur, ətrafa baxınırdı.

Muxtarın boz eşşəyi küçədə avazı çıxdığınca anqırır, sanki bir şeylər anlatmağa çalışırdı… Ədabaz Guləm eşşəyə baxıb, gülər üzündə istehzayla:

“Bu heyvan hansı eşşəkoğlu eşşəyindir deyə sözü ünvanına tutuzdururdu. Gülmək üçün bəhanə axtaran kəndli dünəndən qəhqəhəyə hazırdı.

Hacı ağa isə oğlu Məhərrəmlə üzəri müşəmbə ilə örtülü bir taxta masada oturub söhbət edirdi. Əslində Hacı ağa danışır, Məhərrəm də özünü atasının hər zamankı bitmək-tükənmək bilməyən nəsihətlərini səssiz-sədasız dinləyirmiş kimi aparırdı. Kənd camaatı da qəhvəxananın önündə masaların ətrafında
oturmuş, həyəcanla qəsəbədən muxtarın gəlməsini gözlərkən Ədabaz Guləmin zarafatlarına gülürdülər.

Muxtar hər zamankı kimi əlində bir qucaq məktubla gəldi. Bütün maraqlı gözlər, yanıb qaralmış üzlər bir anda ona çevrildi. İstanbuldan, Almanyadan yola çıxan məktubların içindən pul çıxma ehtimalı da həyəcanı əməlli-başlı zirvəyə çıxmışdı…

“Hacı ağa,”- dedi, gülümsəyərək, “Gözün aydın, məktubun var.” Əvvəlcə onun məktubunu verdi. Hacı ağanın açıq mavi gözləri tələm-tələsik ətrafa baxındı. Həşim ilə gözgözə gəlincə soyuq üzündə isti bir təbəssüm yaşardı:

“Həşim can, gəl bu məktubu oxu.”
Kəndin bütün gözləri üzərinə axdı. Oxuyub-yazmağı əskərlikdə
öyrənmişdi. Tükləri hind toyuğu kimi qabardı. Şişim-şişim şişindi. Qolu-budağı böyüdükcə böyüyürdü. Yanıb qaralmış üzünün bütün məsamələrindən həzz damla-damla tökülürdü. Qoca burnu havalanmış, buludlarda gəzirdi.

Ağzını buruşduraraq, gözləri zərfin üzərinə baxdı:

“Göndərən: Seyid Seyidoğlu.
Hörmətli Hacı ağa Seyidoğlu Səbzəçi İdris Türksevən əliylə Tamahkar kəndi”

Hacı Ağanın yaşlı ürəyi sevinclə dolub daşdı, kəndliyə dərhal çay sifariş etdi. Məktub Qarsda Alparslan litseyində oxuyan kiçik oğlu Seyiddən gəlirdu.

Hacı ağa Həşimin tüksüz tıfıl üzünə baxıb “Qos-qocaman Hacı Ağa bir məktubu belə oxuya bilmir”, – deyə, səssizcə içini çəkdi.

-Həşim can hələ aç oxu, baxaq görək balam nə yazmış?
-Canım atam, məktubuma başlamadan öncə salam söyləyir, sənin və anamın pambıq əllərindən həsrətlə öpürəm. Məktubu oxuyan və dinləyən hərkəsə salam söyləyirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən həsrətlə öpürəm.

Hacı ağanın tutqun sifəti səyridi.

-Bala, mən də sənin gözlərindən öpürəm.
-Ata, sizdən ötrü elə çox darıxmışam ki, anlada bilmirəm. Kəndimizdən, qapımızdakı gollomuzdan ötrü belə çox darımışam. Gözümdə xəyala dönmüsünüz.

-Hər zaman deyirəm, ən çox bu balam məni sevir. Həşim can, sən oxumağa davam et. Görək, balam başqa nə yazmış.

-Ata, keçən həftə Məhərrəm ağabəyim buraya gəlmişdi. Görüncə çox sevindim. Əlindən öptüm. Sevincimdən çiçəyim çıtladı. Otaq yoldaşım da çox sevindi.

Hacı ağanın duyduqları heç xoşuna getməmişdi. Üzündən əskik olmayan gülücükləri rüzgar süpürüb götürmüşdü sanki. İncə uzun çöhrəsi gərilmiş, tutqun üzünün dərisi əməlli-başlı buruşmuşdu. Qıvır-qıvır olan qalın qaşları çatılmış, üzü həbsxana divarı kimi soyumuş, alnının cizgiləri əməlli-başlı dərinləşmişdi:

-Mənə niyə gedəcəyini demədin? deyə kükrədi. Məhərrəmin yanıb qaralmış üzünün dadı-duzu qaçdı. Qurtumladığı çay boğazında düyümləndi. Xeyli öksürdükdən sonra başını aşağı əyib, tökülən cəsarətini topladı.

-Baba, qəfildən getdim. Nəvənin nişanı üçün bir şeylər alıb, dərhal
döndüm.
-Həşimcan, sən oxumağa davam et.
-Baba, sənin bu oğlun var ha, halımızı-hatırımızı soruşmadı. Acmısınız, toxmusunuz, demədi. Sanki od almağa gəlmişdi.

Hacı ağa daha da gərilmiş, qaşlarını çatmışdı. Üzündən gözündən həmişəki kimi zəhər-zıqqım yağırdı. Təhdid qoxuyan bir səslə:
-Balamın söylədikləri doğrumu?

Məhərrəm, indi yandım, Hacı babam öz oğluna deyil, sanki erməniyə baxır, – deyə içindən keçirərək cavab verdi.

-Ata, getdiyin beyt haqqı, zamanım yoxdu. Hacı ağaya toxunsan hər
tərəfindən qan fışqıracaqdı. Tutqun sifəti alaz-alaz olmuşdu. Şapqasını sağ əli ilə
arxaya doğru çecirib, üzünün önünü tam açdı. Qalın göy dodaqlarının arasından çıxan şimal-şərq küləyi qəfil yağışla gəldi, Məhərrəmin incə, uzun, yanıb qaralmış sifətinə zərbəylə dəydi.

-Tfuuuu sənin üzünə…

Məhərrəm başını lap aşağı əydi. Haradaysa masanın altına soxacaqdı.

Jaketinin ətəyi ilə üzünü sildi.

Hacı ağa, bir az sakitləşincə oxumağa davam etməsini istədi.
-Hacı baba, sənin bu oğlun var ha, məni yeməkxanaya belə aparmadı. Yoldaşımın böyük qardaşı nə zaman gəlsə bizə dönər yedirirdi. Yoldaşımın yanında rəzil oldum…

-Tfuuuu sənin üzünə!
Həşim oxumağa davam edir.
-Hacı baba, sənin bu oğlun var ha, çıxıb gedərkən əlini cibimə saldı, pul qoydu. Mən də sevindim. Nə qədər pul qoymuş, bir təhmin et? Cəmi-cümlətanı yüz quruş və bir də on guruş. Bunu adam dilənçiyə verməyə utanar…

Məhərrəm “eyvah, babam əməlli-başlı vitesten atacaq,” deyə fikrindən keçirərkən, Hacı ağanın çöhrəsi çox hiddətlənmiş, qalın qaşları alnının üzərində oynaşır, gözləri alov saçırdı. Uzun heybətli bədənini ayağa qaldırdı. Bir az da uzanmış, bir az da böyümüşdü. Geniş köksü enib qalxır, nəfəsi burnundan çıxırdı. Qabarlı qoca əllərini masaya dayayıb, qarşısında oturan oğluna doğru
əyildi. Şapqası tam arxaya çevrilmişdi. Burun-buruna gəlmişdilər. Həyat üzündə deyil, sanki ruhunda çağlayırdı.

-Tfu, sənin sifətinə…

Təkrar kürsüyə oturdu. Məhərrəm çuğundur kimi qızarmışdı, əli ilə üzünü sildi. “Məni, rəzil etdin. Əlimə düşəcəksən, köpək oğlu”, -deyə söyləndi.

Hacı ağa:
-Həşimcan, sən oxu.
Məhərrəm məktub bitənə qədər atasının tüpürcəkləri ilə islandı. Səsini də çıxarammadı. Həşimin tüksüz tıfıl üzü gülməmək üçün dodaqlarını gəmirirdi. Məktub bitəydi də buradan uzaqlaşıb, doyunca güləydim, yoxsa bir azdan çartıltı ilə ortamdan cırılacağam, deyə fikrindən keçirirdi.

-Məktubuma son vermədən təkrar salam deyirəm, sənin və anamın
mübarek pambıq əllərinizdən həsrətlə öpürəm. Oğlun Seyid.
Hacı ağa:
-Həşimcan, dədənə,anana rəhmət, – deyərək ayağa qalxdı.
Süd dağıtmış kimi duran oğluna:
-Qalx evə gedək, bir qoç kəsək, anan qovurma bişirsin, yanına da şor, kərə, tulum pendiri qoysun… Erkəndən balamın yanına gedəcəm.

Məhərrəmdə ayağa qalxacaq halmı qalmışdı. Sanki dünya başına
yıxılmışdı. Payız yarpaqları kimi saralıb solmuş, üzünün qanı çəkilmiş, təzyiqi düşmüşdü. Oturduğu taxta stuldan qalxarkən səndələdi, zəlzələ olur sandı. Başı hərlənincə, bir az əliylə stula söykənərək eləcə hərəkətsiz durdu.

“Məndəki şansa bax, millətin məktubunun içindən pul çıxar, bizimkindən də ağız dolusu tüpürcək,” deyə söyləndi. Atasının ardınca evə doğru getdi.

Dr. Mehmet  KUM
www.kafiye.net