Dünən bir varlı,özündən razı adam, Qarabağı lazım olsa bir günə alarıq,- dedi.

~ Qarabağı alanmazsan.~

Sən var-dövlət yığmaq ilə,
Qarabağı alanmazsan.
İgidləri sıxmaq ilə,
Heç vaxt zəfər çalanmazsan.
Qarabağı alanmazsan.

Zindanın var, cürət səndə,
Yaltağın var, hikmət səndə.
Guya ki,var, qeyrət səndə,
Olsa, it tək yalanmazsan,
Qarabağı alanmazsan.

Qanunların bir yun kimi,
Qırxır xalqı, qoyun kimi.
Doğrayaraq odun kimi,
Bizi gözdən salanmazsan,
Qarabağı alanmazsan.

Qalxsa bir gün xalq ayağa,
Dönəcəkdir uca dağa.
Önda millət oynamağa,
Heç bir hava çalanmazsan,
Qarabağı alanmazsan.

Elçi bəyin ruhu oyaq,
Məmməd Əmin olar mayaq.
Şəhidlərin qanı bayraq,
Bu torpaqda qalanmazsan,
Qarabağı alanmazsan.

Sakit deyər, Türk oğluyuq,
Əli yalın bir orduyuq.
Hər birimiz Koroğluyuq,
Bunu heç vaxt dananmazsan,
Torpaq üçün yananmazsan,
Bizsiz torpaq alanmazsan.

Sakit Memmedova
www.kafiye.net