Dostum, Eldarın “sizsiz mən neynəyəcəyəm?” paylaşmasına,bir başa cavab.( əgər alınsa))). )

Dostum, yazırsan ki, gedirəm kəndə,
Görəsən mən sizsiz nə edəcəyəm?
Dağlarımız dərman hər cürə dərdə,
Nəvəmlə qalxacam, sevinəcəyəm,
Görəsən mən sizsiz nə edəcəyəm?

Səhər süfrəsində yağla, təmiz bal 
Günorta yeməyi,həyətdə zoğal,
Çəkilmiş araqdan vurub dalbadal,
Axşama bilmirəm, nə yeyəcəyəm?
Görəsən, mən sizsiz nə edəcəyəm?

Biləndə gəlmişəm, hərə bir yandan,
Tökülüb gələçək hər cür sovqatnan.
Aşıqlar sazını salacaq candan,
Yanacaq Kərəmi, söz deyəcəyəm,
Görəsən mən sizsiz nə edəcəyəm?

Hər gün qonaq gedib, bir qohum ilə,
İki-üç yüz vurub, gələcəm dilə.
Normanı çekəndə qalxaraq zilə,
Oynayım deyəndə, büdrəyəcəyəm,
Görəsən, mən sizsiz nə edəcəyəm?

Sakitəm,qardaşım, dinlə sözümü,
Sən yeyib-içməkdən qoru özünü.
Qoyma bu millətin yolda gözünü,
Mən də sənin kimi söyləyəcəyəm:
Görəsən mən sənsiz nə edəcəyəm?

Sakit Memmedov
www.kafiye.net