İnsanlar

İnsanlar hər zaman tələsirlər. Uşaq ikən böyümək üçün tələsirlər. Böyüdükdən sonra ailə sahibi olmaqçün tələsirlər. Ailə qurduqdan sonra övladlarının olması üçün tələsirlər. Sonra övladlarının yeriməsi, danışması, böyüməsi üçün tələsirlər. Sonra onların ailə qurmasına, sonra da nəvə sahibi olmağa tələsirlər. Hər zaman nələrəsə çatmaq üçün tələsərək tükətdikləri ömürlərində nələrin üstündən keçdiklərininn fərqinə ölüm qapıya dirəndiyi zaman varırlar.

Atdıqları addımları necə iri atdıqlarını və bu addımların arasında nələrə ayaq basmadan keçdiklərini yalnız ömür bitmək üzərə olduğu zaman geriyə dönüb baxdıqlarında görürlər.

Biz gələcəkdə gözəl günlərin oldugunu görmüş ola bilərik. Lakin həmin günlərə tələsərkən hazırda yanımızda olan gözəlliklərin üstündən görmədən keçərik. Bəlkə də indi bizimlə olanlar bizim təsəvvürümüzdə olan gələcəkdən daha gözəldir. Biz onlara diqqət etməsək gələcəyi də onlarsız edərik. Çox vaxt bütün bunların fərqinə vardıgımızda gecikmiş oluruq. Təsəllini isə sadəcə övladlarımıza və nəvələrimizə verdiyimiz nəsihətlərdə tapırıq.

Son olaraq deyə bilərəm ki, həyat hər anıyla və hər bir halıyla gözəldi və nə olur olsun onu doya-doya, tələsmədən yaşamağa dəyər.

Nigar Şemsi
www.kafiye.net