İnsan gətirmə

Sil başdan yaz taleyimi,İlahi!
Məni bu dünyaya insan gətirmə
Qəbul et son diləyimi,İlahi!
Məni bu dünyaya insan gətirmə!

Aslan pəncəsində ceyran olaram,
Qartal caynağında al qan olaram,
Yaşııl düzlərində heyvan olaram;
Adama oxşayan bir can gətirmə
Məni bu dünyaya insan gətirmə!

Hər gün bir-birinin ətini didən,
Qardaşın ağzının tikəsin güdən,
Qonşusu ac ikən Məkkəyə gedən,
Kəbə Minasına qurban gətirmə,
Məni bu dünyaya insan gətirmə!

Kinindən başına dünya dar olan,
Paxılllıqdan işi ahu-zar olan,
Haqqı görməyəcək qədər kor olan,
Gözləri pərdədən duman gətirmə,
Məni bu dünyaya insan gətirmə!

Günü zövqü-səfa,eyş-işrət olan,
Fikrində fırıldaq,dilində yalan,
Dost kimi görünən bir əfi ilan,
Arxadan zərbəylə sancan gətirmə
Məni bu dünyaya insan gətirmə

Nəfəsim daralır,boğuluram mən,
Hər gecə ölürəm,doğuluram mən,
Ruhum parşa-parça dağılıram mən,
Cismimi ruhuma zindan gətirmə,
Məni bu dünyaya insan gətirmə.

Sil başdan yaz taleyimi,ey Məbud!
Məni dərgahından Yerə ötürmə!
Əmrinə amadə bu Tənha Bulud,
Məni bu dünyaya insan gətirmə!

15.06.2019/
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net