Neçə cür sifəti,üzü var imiş
Sevincdi,kədərdi, dərddi bu dünya
Kimiyə”Şeş”verir,kiminə Sə’bir
Çətin bir oyundu,nərddi bu dünya !

Ruslan Hüseyinli Zəngilansız 
Bu şerə cavab olaraq yazdım

Dünya neynəsin

Özümüzü sudan belə saf sayıb,
Dünya sənə yüklənmişik əzəldən.
Düz getməyib tərs olanda işimiz
Dünya sənə söz qoşmuşuq qəzəldən .

Günahkarı sən olmusan hər işin.
Yaranandan sənə yalan demişik.
Min sifətli bəndələrin adını
Dünya sənə bilə bilə vermişik.

Gərdişinə min tənələr yağdırıb
Tapdalayıb haqqı nahaqq əzmişik.
Göz yummuşuq doğruya lap əzəldən
Dünya sənə günahkarsan demişik.

İndi növbə sənə çatıb biləsən.
İstəyirsən dağıl yerlə yeksan ol.
Heç qədrini biz bilmədik deyəsən.
Ya sən yaşat ya da öldür seç bir yol.

Nahidə Tagıyeva Qurbanova 07.06.2019
www.kafiye.net