SƏSSİZ VULKAN
(povestimdən)

O gün Məhtab işdən çox yorğun gəlmişdi,ayaq üstə yuxlayacaq qədər yorğun.Amma nə qədər yorğun olsa da Məhtab öz işini çox sevirdi çünki, onu həyatda tutan bir işi, bir də qızı Gülnar idi.Bəlkə Gülnara olan sevgisu olmasaydı Məhtab ya dəli olar, ya da baş alıb üzü hara gəldi gedərdi ta ki, son mənzilə çatana qədər. Yenə də qəlbində kədər, çöhrəsində gülüş evə daxil olam Məhtab ilk olaraq qızının yanaqlarından öpdü.Salam verib salona daxil olanda Hamletin acıqlı bir tərzdə divanda uzandığını gördü və o, Məhtabın salamını başının işarəsi ilə alıb, yerindən qalxdı və hirslə bu nə vaxtın evə gəlməyidi? deyib Məhtabın üstünə qışqırdı.Məhtab çox həssas qadın idi, amma, həssas olduğu qədər də dözümlü idi. O, səssizcə süfrəni hazırlayıb onu və qızını süfrəyə səslədi.

Evə ac gələn Məhtab bilirdi ki,öz qabına yemək qoysa da rahat yeyə bilməyəcək.Elə ilk tikəsini almışdı ki, Hamlet ağzının acısını tökməyə başladı.Səhər gedib axşam gəlirsən qazancın nədi hə? İşıq pulu ordan gəlib, evin kirayəsi, nə ilə verəcəyik?Bu an elə bil ki, Məhtabın başından bir qazan qaynar su tökdülər. Qarşısından yeməyi kənara çəkib dedi.Nə edim bir qadın kimi qazancım budur.Sən növbə ilə ilə işləyirsən evdə qalan günləri əlavə iş götür. Daha gözlərim də zəifləyib yaxşı görmürəm. Hamlet bu sözdən daha da qəzəblənib, hirsindən böyümüş qorxunc gözlərini Məhtabın üzünə zillədi və sənin başın üçün mən canıma artıq əziyyət verə bilmərən oturursan budu, oturmursan qapı açıqdı deyib, barmağl ilə qapını göstərdi, Məhtab o,qapıdan çıxmağı və bir daha geri qayıtmamağı çox istəyirdi amma, onu bu evə məcburi bağlayan bir varlıq var idi ki, o, da qızı idi.

Bu söz sohbətdən Gülnarın ürəyi döyünməyə başladı.O, hər zaman anasının nahaq yerdən danlanmasına baxmayaraq, cavab verə bilmirdi çünki, anası ona valideyinə dil qaytarmamağı tövsiyə etmişdi.Sadəcə gümanı mətbəxdən iti əşyaları götürüb gizlətməyə gəlirdi.Hər gün atasının anasına bıçaq çəkəcəyindən qorxan Gülnarın ürəyi bir tikə olmuşdu.Həmin gün yenə də Məhtab yeməyini yeyə bilmədi. Gözlərini ağlamağa qoymasa da, əvəzinə həmin göz yaşları ürəyinə axıtdı.Yatağına uzanıb, Vüsalı düşünür, gah xəyalında onunla dərdləşir, gah da bir sualla qarşısını kəsirdi.Niyə Vüsal axı niyə? Mən ki, səni çox sevirdim, niyə məni atıb getdin, mənim günahım nə idi ki, sevmədiyim bir insanla ailə qurub həbsxana məhbusu kini yaşayıram deyib suallar yağdırırdı.

Elə bu xəyallarla yuxuya gedən Məhtab qarışıq yuxular görməyə başladl və sübh azanının səsinə oyanıb, yerindən qalxdı, namaz qılarkən göz yaşlarına boğuldu.O, Allahdan yalnız imdad diləyirdi acizanə və pıçıltılı səslə Allahım ya məni bu insandan ayır, ya da mənə ölüm ver deyib səssiz səssiz göz yaşı tökdü. Hər zaman sübh namazından sonra gördüyü yuxular çin olatdı onun.Elə bu gün də bir yuxunun təsiri altında oyandı. Vüsal facebok-dan ona “Salam” yazmışdı.O, dəli kimi yerindən sıçrayıb telefonu götürdü yox idi, yox idi, axtarır tapmırdı.Sanki bir yuxu deyil bu bir həqiqət idi.Nəhayət ki, bunun yuxu olduğuna inanan Məhtab yerindən durub Gülnarı səslədi ki, məktəbə yola salsın özü isə işə getsin.

Həmin gün Məhtab çox narahat və gözləri şişmiş işə gəldi. Atelyenin qapısını açıb, ona yeganə dərd yoldaşı olan tikiş maşınının arxasında oturdu.İşə başlamazdan əvvəl sakitliyə qapanıb öz xatirələrini vərəqlədi. Vüsallı həyatını xatırlayanda gözləri gülür, dodaqları təbəssüm dolu olurdu.Xatirələr gözləri önündə su kimi axırdı.İlk ailə qurduğu günə çatanda isə, yumruğu ilə maşına vurub xəyaldan ayrılmağa can atdı.Çünki Məhtabın toyu ona yas olmuşdu.Ağlayan ürəyi o gündən bu günə qədər heç gülməmişdi.O, sevmədiyi qardaşı tərəfindən məcburən verildiyi insanla yaşasa da yalnız Vüsalla yaşlanırdı. Dünyada ən çətin həyat üçlü yaşamdır.Məhtab bu həyatı yaşamaq məcburiyyətində idi.Dəfələrlə boşanmağa cəhd etsə də, ya valideyinləri imkan verməyib, ya da canından artıq sevdiyi Gülnarın yanıqlı göz yaşları. Gülnar atasızlıqdan çox qorxurdu ona görə də Məhtab bu həyatı yaşamaq məcburiyyətində idi.

Həmin gün Gülnar məktəbdən tez gəlib anasının iş yerinə uğradı və “Ana bu gün şəhərə aparın məni nə olar.Sinif yoldaşlarım hər gün gəzməyə gedir mən isə dərsdən evə evdən dərsə.” Bu söz Məhtabın ürəyinə dağ çəkdi sanku.Getməyinə getmək istədi amma, Hamletlə bərabər addımlamaq ona çox ağır gəlirdi.Bilirdi ki, hardasa qan qaraçılığı olacaq.Amma buna baxmayaraq qızının xətrinə bu zəhəri də içəcəkdi.

Dəniz kənarında gəzərkən Gülnar, mən gəmiyə minmək istəyirən deyib, şıltaq addımlarla gəmiyə sarı qaçdı. Məhtab səssiz-səssiz Hamletin arxasınca ürəyi açılmadan gəzirdi.Hərdən dənizə baxır, dərdini onunla bölüşürdü.Dəniz isə qırçın ləpələrini Məhtabın üzünə sıçradıb, sanki, ona “döz”deyirdi.Gəmi sahilə yanaşanda fit verdi Məhtab diksinib xəyallardan ayıldı gəmiyə tərəf gedəndə yanından ötüb keçən insanı Vüsala oxşatdı.Ürəyi sərçə ürəyi kimi döyünməyə başladı çönüb arxasınca baxanda artıq həmin adam insan axının arasında görünmürdü.Arxasınca getmək istədu elə bu vaxt Hamletin acıqlı və əmr dolu səsi eşidildi.Hara gedirsən gicsən? gəl də.

Məhtab səssizcə gəmiyə sarı getdi ammma tez-tez çönüb, insan axınını arasına baxırdı. O, Vüsala oxşatdığı adamın yanında qadın da görmüşdü və öz-özünə bəlkə odur yanındakı da həyat yoldaşıdı.Əslində iyirmi il idi ki, Vüsalı heç görməmişdi.Necə idi, qocalmışmıdı ya cavan idimi bilmirdi.Sadəcə oxşatmışdı.Məhtab gəncliyindən bu yana insan axını olan yerlərdən Vüsalı çox axtarmışdı bəlkə görərəm deyə. Görəsən xoşbəxtdirmi?yadına düşürəmmi mən? Yox yəqin ki, unudub məni. Ölkədən xaricdə yaşayan insandı deyib hərdən onu düşündüyü üçün özü özünü danlasa da hər zaman Vüsalı ağ atlı oğlan kimi gözləyirdi. Hansı ki, toyu günündə də, üzünə örtülmüş qırmızı kələğayının altından gözləri həmin ağ atlı oğlanı axtarırdı.Gələcək, hər kəslə mübarizə aparıb, qolumdan tutub aparacaq məni deyib həmin gün də özünə təskinluk vermişdi. Amma artıq iyirmi il idi ki, ağ atlı oğlandan səs soraq yox idi.Amma istəsəydi Vüsalın bacısı Ülkərdən soruşa bilərdu, amma, Məhtabın içindəki qürur buna yol vermirdi.Mənim haqqımda nə düşünərlər deyib fikrindən yayınardı.İçindəki vulkanı boğub, yalnızca onun atəşli közü ilə öz ürəyini gizlicə dağlayardı.

Elə bu xəyallardakən qızı Gülnarın onun boynunu sarılıb, ana gəmi gəzintisi xoşuna gəldimi? deməyi xəyallarından yenidən ayırdı.Hə qızım çox gözəl idi desə də əslində Məhtabın gördüyü yalnız öz səssiz xəyalları idi.

(Ardı var)

Müəllif.Metanet Duyğulu.
www.kafiye.net