Dost umanda 

Əziz dostlar. Kəndimizin transformatoru xarab olduğundan neçə gündür burda az müddətdə ola bilirəm. Telefonla də əməlli işləyə bilmirəm. Xahiş edirəm ki, məni üzrlü sayın. İndi birtəhər bir paylaşma edirəm ki, oxucular məni yaddan çıxarmasın. Əsas odur ki, saiamatam təcnispayınızı da birtəhər hər gün göndərəcəm.

Sakit dostumun kitab təqdimatı və ad günü münasibətilə təşkil etdiy məclisdə söylədiyim şeir.

Dost umanda 
(təcnis)

Görəsən qalıbmı daha,
Bu dünyadan dost uman, da?
Deyin, niyə çıxır yoxa,
Öz dostundan dost umanda!?

Pul kimdə…Dərd kimisində,
Kimi cavan, kimi sində,
Tapdım özüm kimisin də,
Xilaf çıxdı dostum anda…

Zərim verəndə “dü”, şərəm,
Aç gözün, başa düş, ərəm,
Nə desən, başa düşərəm,
Sən də məni, dostum, an daaaa….

Nə olsun ki, alış, ha yan,
Getsin üzdən abır, hayan, (ə)
Dərdinə olduğum hayan, (ə)
Yada salmır dostum anda…

Zaman sıxıb, üzləşmişəm, 
Vərəqdəydim, üzləşmişəm, 
Görün nəylə üzləşmişəm?…
Rast gəlibdi dos(t) tumanda.)))

Qanmadım!…Başa düş məni,
səndəki “başa düşmə”ni,
Qazanan neçə düşməni,
Olar xeyli dostu “man”da…

Toz basıb, sanki yol “unda”,
Başınız varsa, yolun da…
Vahid dostum Haqq yolunda,
Qalıbdır – üç dost, – (d)umanda….

Dostsuz bir kəsin günü nə?
Belə olsun pis günün, əəəə!…
Sakit , sənin şad gününə,
Çingiz gəlib dostum, anda.

21. 05. 2019..
Çingiz Kürdəmirli.
www.kafiye.net