Ürək kimi

Yat yuxuna qonaq gəlim,
Arzu kimi,dilək kimi,
Sən də dara tellərimi,
Səhər mehi,külək kimi!

Öpüm lalə yanağından,
Busə alım dodağından,
Dərd çəkməyim fərağından,
Sevim səni ürək kimi!

Sən də qoru yarı yaddan,
Həm alovdan,həmi oddan,
Onu qoru,özün şaddan,
Qanrılmayan bilək kimi!

Sev Solmazı,əzizlə sən,
Yar,sinəndə,bir gizlə sən,
Dindir,şirin bal sözlə sən,
Göydən enən mələk kimi!


Solmaz Şirvanlı
Bakı,Respublika Klinik Xəstəxanası
21-05-2019