YENƏ DƏ

Bu gecə yenə də səni düşünüb,
Yenə də bu gecə səni anacam.
Yenədə həmdəmim mənim sənsizlik,
Yenə də bu gecə sənsiz olacam.

Oturub yenə də xalının üstə,
Yenə dizlərimi qucaqlayacam.
Başımı qoyacam dizimin üstə
Yenə sənin üçün mən ağlayacam.

Yenə də islanıb öz paltarlarım,
Yenə göz yaşımdan suya batacaq.
Yenə də paltarım göz yaşlarımı
Elə əynimdəcə bax qurudacaq.

Küsüb inciyəcəm öncə bəxtimdən,
Bəddua edəcəm sonra sənə mən.
Götürüb bəlkədə sənin rəsmini
Atacam yəqin ki onda evimdən.

Sonra sakitləşib yenə də gülüb,
Alacam rəsmini yenə əlimə.
Bəlkə də özümü qınayacağam,
Bəddua gətirdim axı dilimə.

Günahkar yenə də taleyi bilib,
Yenə də dayanlb sakit baxacam.
Bir başqa gecədə yenə də belə,
Yenə də sənin çün mən ağlayacam.

 

14.05.2016 Nahide Tağıyeva Qurbanova
www.kafiye.net