YORULMUŞAM

Elə yorulmuşam Allah,
Yaşamağa həvəsim yox.
Sevənim yox, həmdəmim yox,
Yox heç bir yaxın kəsim yox.

Mən özüm də yox kimiyəm,
Dünyada artıq biriyəm.
Nə ölmüşəm ölənlərtək,
Nə diri kimi diriyəm.

Sağikən ölü olmaqdan,
Yoruldum Allah yoruldum.
Ölü kimi yaşamaqdan,
Yoruldum VAllah yoruldum.

Özumə qıraqdan baxan,
Bir cüt gözümdən yoruldum.
İçimdə mənlə vurnuxan,
Özüm özümdən yoruldum.

Yaman yorulmuşam Allah,
Sən də məni yorma barı.
Çıxam gedəm bu dünyadan,
Burax məni burax Tanrı.

Müəllif: Yaqub Kərimi
www.kafiye.net