NƏSİHƏTNAMƏ

Yaşamına şükr elə, bir xeyir ver,
Dünyamız görməsin əlindən zərər.
Həyat çox qısadır, gözəldir hər yer,
Unutma, zər qədrin zərgərlər bilər.

Bu dünyanı gəzməginən bəhsə- bəhs,
Çün gətirər kimə uğur, kimə nəs.
Qəlb sarayı büllur kimi olan kəs,
Hər canlınıı öz diliylə dindirər.

Danışanda sözün yerin bilginən,
Ağlayanda dost, gözünü silginən.
Düşünəndə, haqq yoluna gəlginən,
Könül evi, onda səni sindirər.*

Alim odur, cəm eyləyə bəşəri.
Aldatmaya nə xeyiri, nə şəri.
Əgər olsa sözlərinin kəsəri,
Bir ohayla, dağdan düzə endirər.

Öyünənə qulaq vermə sən əbəs,
Çün, heç meymun da özünə pis deməz.
Üzə gülüb, ayağını qazan kəs,
Vaxtsız səni, o dünyaya göndərər.

Etibarı yoxdu sənə yaşın da,
Nə payız, nə baharın, nə qışında.
Qoyma düşmən qala ocaq başında,
Fürsət edib, başına kül əndərər.

Qanmayana deməginən dərdini,
Məsləyinə qoyma yaxın hər dini.
Səbrin ilə düz çəkərsən kərdini,*
Səbirsizlər meyvəsini kal dərər.

Ürəyində bəsləmə gəl heç kini,
Sevdiyindən uzaq götür hirsini.
Nə zamansa Duyğulunun qədrini,
Şeirini oxuyub, duyanlar bilər.

Müəllif.Metanet Duyğulu.
04.05.2019.
www.kafiye.net