Oxumadan bəyənmə 

Dostalr yəqin siz bir çoxlarınız bilirsiz ki mən Qədim Bərdə şəhərindənəm .İndi sizə özüm şahidi olduğum bir hadisəni danışacam . Orta təhsilimi doğulub böyüyüb boya -başa çatdığım kəndimizdə almışam.Oxuduğum illər indi bəyənmədiymiz Sovet dönəmində idi. Deyirəm elə yaxşı ki elə o zamanlara təsadüf edib təhsil almağım. Öz həmyaşıdlarım və bizdən böyüklər o illərin qayda qanunu çox gözəl bilir baş ağrısı etməyəcəm. Oxuduğumuz illərdə hər ay RTŞ orta məktəblərə yoxlamalar gələr dərslərdə oturar jurnallara hətta yoxla dəftərlərimizə belə nəzarət edərdilər .Gəlməmişdən öncə heç bir xəbərdarlıq edilməz qaydaya əsasən yoxlama qəfil gələr dərs zamanı sinif otaqlarını gəzərdi.Hardasa 1988 il idi . Bir Azərbaycan dili və ədəbiyyat fənnindən dərs keçən müəllimimiz vardı .Yoxlama yazı işi olanda ya hövsələsizlikdənmi deyim ya vaxt zaman azlığındanmı deyim yazı işin yoxlamadan qiymət yazardı. Bir dəfə təsadüfən RTŞ gələn yoxlamanın gəlişi bizim Azərbaycan dili dərsimizə tərs kimi də inşa yazdığımız günə düşdü.Gələn yoxlama direktorla sinif otaqlarını gəzib gəlib bizim sinif otağında əyləşəcəyini bildirdi. Gələn adamın simasında bir zəhm və hökm vardı .Bütün sinif olaraq hamımız qorxu bürümüşdü. O zaman müəllimə və təhsilə hörmət tamam başqa idi. Sinif otağında sükut hökm sürürdü hərdən çevrilən dəftər vərəqindən başqa bir səs eşidilmirdi. Sinifimizin ən sonuncu partasında oturmuş dərs hissə müdiri və yoxlama qismində gələn qonaq sakit nəzərlərlə bizi izləyir öz aralarında ikisnin eşidə biləcəyi tərzdə nəsə danışırdılar.Az keçmiş gələn şəxs müəllimimizi soyadı ilə səsləyib zəhmət olmasa jurnalı və dəftərləri mənə verin dedi:

Rahat şəkildə bir neçə inşa dəftərini və jurnalı onun önünə qoyan müəllim keçib yenə öz yerində əyləşdi.Zəngi vuruldu .İki dərsimiz Azərbaycan dili və Ədəbiyyat ard -arda olduğu üçün tənəffüssə çıxmağa icazə olmadı. Çünki yazdığımız yazı bizim rüblük qiymətimizi təyin edəcəkdi.

İkinci dərsin yarısına az qalmış yenidən məsul şəxsin səsi eşidildi.Bir az sərt və bir az da hökmlə mən jurnaldan kimin adını çəksəm ayağa qalxsın dedi:

Bir bir soyadımızı və adımızı eşitdikcə ayağa qalxıb sonun nə olacağını gözlədik.Amma onu da deyim ki bir çoxumuzun qorxu və həyacandan rəngimiz qaçmışdı. Çünki məsələnin nə olduğunu anlamış deyildik. Nəhayət 2.3 nəfəri çıxmaqla bütün sinif ayaq üstə idik. Əlində tutduğu dəftər və Jurnalı müəllimin önünə qoyan adam siz qiyməti uşaqlara necə verirsiz yazdıqlarını oxumadan ? Qəfil verilən sual müəllimimizi çaşdırdı.
Əvvəl nə deyəcəyini bilmədi sonra xeyir yoxlayıb sonra qiymətləndiriəm dedi.
Axı mən heç də elə düşünmürəm və onu görmədim.

Qiyməti deyəsən siz insanın xarici görünüşünə verirsiz biliyinə savadına yox .Onun dediyi bu kəlmələr gözümüz önündə müəllimimizi pərt etmişdi.

Əlini uzadıb bizi göstərib siz bu gənclərin gələcəyini yalanla məhv etməyin .Əlinizə aldığınız hər bir dəftərə diqqət edin və sonra qiymət verin.,,BƏLKƏ O İNŞANIN İÇƏRİSİNDƏ SİZƏ QARŞI BİR TƏNQİD YAZILIB ,, 
Həmin gün məktəbimizin dəhlizində divara yapışdırılmış iri hərflərə ,,TÖHMƏT ,, yazılmış bir akt var idi

 

Keçmiş xatirələr

Nahidə Tagiyeva Qurbanova 03.05.2019
www.kafiye.net