Çətin həyat serialının cəklişindən

Yel əsdi hər gecə bulud ağladı ,
Sıxdı gözlərini budaqlar mənə .
Varaqlar xətrimə dəydi ağladım,
Śairlər çox şeir yazdılar sənə .

Ah budaq sevgilim ,yarpaq musiqim.
Bəstəmi küləklər oxudu getdi ,
Ah ağac ürəyim ,torpaq musiqim.
Hər fəsil bir naxış toxudu getdi.

Mən yarpaq ömrümün sarı rəngiyəm,
Yığışdım hər payız soldum əzizim,
Həsrətin adıyam ,susub səngiyəm,
Vətən ürəyimdi ,yoldu əzizim..

Dilşad Araz
www.kafiye.net