YATIR ÜRƏYİMİN ALOVU

Büzüşüb könlümün uzaq küncündə
Yatır ürəyimin alovu, yatır.
Bürüyüb inadkar bir sükut məni,
Batır ,bu sükütdan qulağım batır.
Yatır, ürəyimin alovu yatır.

Kədərlə yemlənr, bəslənir hələ,
Səbrdən don geyib süslənir hələ,
Susur, künc-bucaqda gizlənir hələ,
Qəlbimə tuşlanan oxları tutur,
Yatır ürəyimin alovu ,yatır.

Arzular inciyib, küsüb gedirsə,
Ümid tərk eləyib bezib gedirsə,
Sevinc bir könüldə azıb gedirsə,
Bəxtin gəmisi də dəryada batır,
Yatır ürəyimin alovu, yatır.

Bir gün sərhədləri aşmaq istəsə,
Bu alov kükrəyib coşmaq istəsə,
Vulkan tək püskürüb daşmaq istəsə,
O zaman goz yaşım dadıma çatır,
Yatır ürəyimin alovu, yatır.

Haqqın rizasıyçun yarışır konül
Süzülüb, durulub ,saflaşır könül.
Bütün əzablara qatlaşır konül.
Qələbəyə xatir, uğura xatir
Yatır ürəyimin alovu yatır.

Tamara Rüstamova Tənha Bulud
www.kafiye.net