Gülümsə…

Dik bax dərdlərin gözünə,
Şeytan düşsə də izinə.
Həyatın acı üzünə
Gülümsə,Tənha Bulud…

Daşdan çıxsa da çörəyin,
Qəbul olmazsa diləyin,
Zaya getsə də əməyin,
Gülümsə,Tənha Buluid…

Dünya zəlalət yuvası,
Çalınır İblis havası,
Bu dava yorğan davası,
Gülümsə,Tənha Bulud…

Dost dediyin düşmən çıxsa,
Qəlbində tufanlar qopsa,
Gözündən qanlı yaş axsa,
Gülümsə,Tənha Buluid..

Sevgin silahındır sənin,
Eşq səcdəgahındır sənin,
Dostun Allahındır sənin,
Gülümsə,Tənha Bulud,
Gülümsə,Tənha Bulud

31.12.2018
Tamara Rüstemova Tənha Bulud 
www.kafiye.net