ŞEYTANA LƏNƏT

Sən ey şeytanı lənətləyən insan,
O, şeytan nə yerdə nə də göydədir.
Bəlkə də özünü lənətləyirsən,
Axı şeytan sənin öz içindədir.

Onunla sən qoşa qarıyacaqsan,
Neçə ki, deyilsən nəfsinə hakim.
Bu fani dünyadan savabdan başqa,
Heç nəyi sürüyüb aparmır heç kim.

Axı bu dünyaya gələn günündən,
Tanrı yol göstərdi, yaxşı nə pisdir.
Niyə unutdun ki, ən böyük şeytan,
Sənin içindəki qara nəfisdir.

Məkkədə şeytana daş atan zaman,
Bir dəfə çevrilib özünü daşla.
Elə həmin andan həmin zamannan,
Bütün həyatını sıfırdan başla.

Bəlkə də bir azca inciyəcəksən,
Bəlkə də yanacaq qəlbinin canı.
Əgər ki, nəfsini çevirsən qula,
Onda ayırarsan cinlə şeytanı.

Şeytanı kənarda axtaran insan,
Şeytan deyilmidir oğurluq zina?
Gərək ki, o zaman ayılasan ki,
Hər iki dünyan da od tutub yana?

Unutma şeytandır bəlkə səndəki,
Əl-ayaq, göz-ürək bir də dodaq- dil.
Səni cəhənnəmə sürükləyən yol,
Yalan, dedi-qodu, fırıldaqdı bil.

Günahı kənardan axtarmaq niyə,
Görəsən olubdur insana sənət.
Özü hər günaha addım atanda,
Ürəklə söyləyir şeytana lənət.

Müəllif.Metanet Duyğulu.
21.04.2019
www.kafiye.net