OLANDIR

İnsan, insanlığa verməsə dəyər,
Qüsurlu birinə rişxənd eyləyər.
Tanrı bu qisməti yazıbsa əyər,
Səbəbi yalnızca ona əyandır,
Əlil, ağlı/ruhu şikəst olandır

Bir insan gəlirsə dərdlərə sinə,
Dözürsə həyatın tərs silləsinə.
Açmırsa əlini bir özgəsinə,
Deməli, qandıran həm də qanandır,
Əlil, ağlı/ruhu şikəst olanıdır.

Kimi müftə gəzir hey veyil-veyil,
Halal qazanana uzadır da dil.
Ayıb dilənməkdir qazanmaq deyil,
Nankor öz əslini, kökün danandır,
Əlil, ağlı/ruhu şikəst olanıdır.

Baxın ki, ağac da ildə bir kərə,
Bar verib başını uzadır yerə. 
Küləyin önündə yazıq biçarə,
Meyvəli budağı düz uzanandır,
Əlil ağlı/ruhu şikəst olanıdır.

Ey insan toplama hər gün günahı,
Çünki bilmək olmaz bu gün sabahı.
Kimsəsiz insanın olun pənahı,
Sağlam ruh insanı daim duyandır,
Əlil, ağlı/ruhu şikəst olanıdır.

 


Müəllif. Metanet Duyğulu.

21.04.2019
www.kafiye.net