GÖZÜM YOX

Az-çox gördüm mən dünyanın vəfasın,
Bu dünyada zərrə qədər gözüm yox.
Səfasından çox çəkmişəm cəfasın,
Bu dünyada zərrə qədər gözüm yox
**
Gizlətmirəm ,söz deməyə sözüm var,
Öz özümü qızdırmağa közüm var,
Ağı bozdan seçmək üçün gözüm var,
Bu dünyada zərrə qədər gözüm yox.
**
Əzdi,məni dindirmədi təbimcə,
Verəmmədi səfamı bir həbimcə,
O dünya da olmasa da qəlbimcə,
Bu dünyada zərrə qədər gözüm yox.
**
Bəzən qəmi qurutsa da məhəbbət,
Bəzən lili durultsa da məhəbbət,
Yaşam üçün suyultsa da məhəbbət,
Bu dünyada zərrə qədər gözüm yox
**
Başıma hey qəm ,kədəri ələtdi,
Dünya məni dindirmədi,mələtdi,
Hacılıya o özü də bələddi,
Bu dünyada zərrə qədər gözüm yox.

Nazlı Hacılı
www.kafiye.net