MƏN SARAY ŞAİRİ DEYİLƏM QARDAŞ

Mən saray şairi deyiləm qardaş,
Mə’mura söz qoşub, tə’rif eyləyim.
Xalqımın haqqını yeyən kəslərə,
Mahnı bəstələyib, şeir söyləyim.

İstəmirəm kimsə verə yalançı,
Nə tərif, nə titul, hansısa bir ad.
Hər gün pərvaz edən ilham pərimə,
Xalqımın sevgisi verir qol, qanad.

Mən saray şairi deyiləm qardaş,
Yüksək kürsülərdən bağıram boş-boş.
Çoxları günümə rişxənd eyləyib,
Deyiblər sən də bir məmura söz qoş.

De, hansı günümə axı söz qoşum,
Əsarət altında qalan torpağa?
Yoxsa hər gün həsrət küləyi ilə,
Qarabağ tərəfə əsən bayrağa.

Mən saray şairi deyiləm qardaş,
Yalançılıq peşəm deyildir mənim.
Onlara bir şeir qoşsam utanar,
Hər gün azadlıqdan yazan qələmim.

O zaman mə’mura söz qoşacam ki,
O da vətən üçün verəcəkdi can.
Azad olacaqdır torpaqlarımız,
Bütöv olacaqdır, can Azərbaycan.

Müəllif.Metanet Duyğulu.
18.03.2019.
www.kafiye.net