QALDI

Candan can ayırram,can deyən olsa,
Can qurban verərdim mən deyən olsa,
İnsanın evini bilin nə yıxar,
Yüz min yeyənin yox,bir deyən olsa!

Yaşadım bir ömür, ahu-zar kimi,
Mən rüzgar görmədim,bu rüzgar kimi,
Çürütdü ömrümü qara taleyim,
Nisgilə büründüm, son bahar kimi!

Çoxları sandilar məni bəxtəvər,
Sardı ürəyimi,içdən qəm-kədər,
Olmadı mənası oda yanmağın,
Kimə can söylədim,axırı hədər!

Solmaza,quruca zəhməti qaldı,
Çəkdiyi əzabı,zilləti qaldı,
Bir ömür boyunca yandı şam təki,
Axırda qaxıncı, töhməti qaldı!

Solmaz Şirvanlı
10-04-2019
www.kafiye.net