QINAMAYIN

Həyatını doya- doya yaşayanlar,
Həyatından bezənləri qınamayın.
Yumşaq-yumşaq sinirləri qaşıyanlar,
Ruha uyub gəzənləri qınamayın!

Qınamayın yurdu talan qaçqınımı,
Tez kövrələn, gözü dolan köçkünümü.
Qınamayın dəlisini, qınamayın susqunumu,
Tale, qədər əzənləri qınamayın!

Öz xoşuyla ordan bura gəlməyəni,
Neçə ildi vətən üzü bilməyəni,
Həsrətindən yerə düşüb ölməyəni,
Ayaq üstə dözənləri qınamayın!

Söyləməyin qaçqınına dövlət yığır,
Vaxt öldürür, gün keçirir yazıq fağır.
Kədər sıxan, qəhər yaxan dərdin ağır,
Ümmanında üzənləri qınamayın!

Ey millətin övladları kökünüz bir,
Diliniz bir, canınız bir, köçünüz bir.
Balaların şəhid verib qəbir-qəbir,
Məzarları düzənləri qınamayın!

Qnamayın Təvəkkülü, Gorussuzdu,
Torpağını qoyub qaçıb, sorusuzdu,
Könül evi içdən nəmdi, qurusuzdu,
Ruhu göydə süzənləri qınamayın!!!!

Təvəkkül Gorussuz! 04.04.2019.
www.kafiye.net