BU DÜNYANIN

Daş olanı özündədi, gətirməz,
Faş olanı üzündədi, ötürməz,
Xoş olanı sözündədi, götürməz,
Bu dünyanın imanı kaş, yönü kaş!

Biri ağlar, biri gülər baxtında,
Birin saxlar, biri ölər taxtında,
Birin bağlar, biri dilər vaxtında,
Bu dünyanın zamanı çaş, günü çaş!

Öz daşında çaxılacaq bir gün də,
Öz xoşunda çıxılacaq bir gün də,
Göz yaşında yıxılacaq bir gün də,
Bu dünyanın amanı yaş, ünü yaş!

Təvəkkül Goruslu. 08.04.2019.
www.kafiye.net