GÖZƏLDİ, EL ADƏTİ

Olsa, xalq arxa duran
Olarmı, o yurd viran?
Əməl olunsa hər an
Yayılar şan – şöhrəti
Gözəldi, el adəti.

Harda könül açan, var,
Hər zaman öndə durar.
Gənc ailələr qurar
Ağsaqqal zəmanəti
Gözəldi, el adəti.

Ucalıb çatar günə
Çətin ki, göydən enə
Hər zaman etdiyinə 
De: – qoyarmı minnəti?
Gözəldi, el adəti.

Kim, inamla yol gedər,
Bata bilməz qəm, kədər.
Özündə təmsil edər
Milli qürur, sərvəti
Gözəldi, el adəti.

Qəlblərdə nur bitirib,
Darda özün yetirib,
Bilin, ondan götürüb
Mərd oğul şücaəti
Gözəldi, el adəti.

Soy – kökünü kim yolub,
Açan gənc vaxtsız solub.
Hər əməldə düz olub
Hökmünü edər qəti
Gözəldi, el adəti.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net