İLK MƏHƏBBƏTİM

İlk baxış, ilk vüsal,ilk görüş günü,
Könlümə ilk qonan arzu niyyətim.
Ömrümə sevinci, harayı, ünü,
Salmısn əbədi ilk məhəbbətim.

Döyünən qəlbimin parası da sən,
Sızlayıb qövr edən yarası da sən.
Görən gözlərimin qarası da sən,
Olmusan əbədi ilk məhəbbətim.

Yer aldın qəlbimin xoş guşəsində,
Könül harayımın qəmli səsində.
Hər zaman evimin baş köşəsində,
Qalmısan əbədi ilk məhəbbətim.

Bir an düşməmisən belə dilimdən,
Sağalın itməyib hələ telimdən.
Bütün illərimi tutub əlimdən,
Almısan əbədi ilk məhəbbətim.

Səni kimlər saldı de haldan hala?
Məzara gedirdi bu eşq az qala.
Hərdən gözlərimdə dönüb xəyala,
Dalmısan əbədi ilk məhəbbətim.

Hər an ürəyimdə olubdur yerin,
Vursan da xəncəri dərindən-dərin.
Bəs niyə bu qədər olmusan şirin,
Balmısan? əbədi ilk məhəbbətim.

Duyğulu ruhuna yazdırdı adın,
Təkcə sənlə bildi ağzımın dadın.
Mənimlə doğulub mənimlə qaldın,
Xalmısan? əbədi ilk məhəbbətim.

Müəllif.Metanet Duyğulu.

07.04.2019.
www.kafiye.net