Əcəllə Söhbət.

Bu nədir səhər səhər bürüyüb dörd yanımı.
Şaxta düşübmü yoxsa, dondurubdur qanımı.
Əllərim yaman əsir barmaqlarım titrəyir.
Deyəsən ölüm çatıb əcəl məni girləyir.

Gücüm də tükənibdir dizim taqətdən düşüb.
Acımasız həyatdan qəlbim lap çoxdan küsüb.
Alırsansa canımı tez ol fikrindən dönmə 
Canımı aldığıçün ölüm özünü öymə

Gözüm də zəifləyir ağı seçmir qardan 
De mənim vaxtımdımı ölmək üçün yaradan?
Hələ tez deyilmi de? mən heç tələsmirəm ki,
Dünyadan köçmək üçün yel olub əsmirəm ki,

Bumu sənin qanunun, bumu yazdığın yazı.?
Mən aman istəmirəm demirəm döz bu yazı.
Xoşbəxt olacaqsansa, gəl apar bu canımı.
Ama halal etmirəm əcəl sənə haqqımı.

Mən aciz deyiləm bax əcəl səndən qorxmuram.
Sənə borcum bir candır bilirəm unutmuram.

Nahidə Tagiyeva Qurbanova 25.03.2019
www.kafiye.net