Qoxladınmı

Qoxladınmı de görüm yazda əsən küləyi
Toxundumu qəlbinə əsən küləyin yeli.
Qıcandımı dişlərin yenə biri birinə.
Külək gətirən qoxu dəydimi əsəbinə.

Çevrildinmi dəliyə əsib coşdun bir anda.
İstəmədin bir kimsə olsun o an yanında.
Əllərini uzadıb istədinmi tutmağı,
Əllərinlə küləyi öldürməyi boğmağı.

Çəkdimi ayaqların gah sağa sola səni
Küləklə gələn qoxu xatırlatdı de məni?
Tələsib büdrədinmi əzdimi daş dizini.
Əllərinlə tez sildin dizindəki o izi .

Gözlərin ürkək- ürkək dolandı dörd yanını
Axtardımı de görüm sənə doğma olanı.
Kimisə tapmayanda sındımı qol qanadın.
Ovcunda gizləndimi titrəyən barmaqların .

Dərindən köks ötürüb çəkildinmi bir küncə.
Yumuldumu gözlərin aram -aram sakitcə.
Axdımı gözlərindən iki damla göz yaşı .
Söylə görüm yudumu yanağını göz yaşı.

Gizlətdinmi başını alıb ovuclarında
Əsəbindən ürəyin vurdumu gicgahında.
Tələsik qaçıb evə bağladınmı qapını.
Külək toxunub sənə pozmasın əhvalını.

Nahidə Tagiyeva Qurbanova 26.03.2019
www.kafiye.net