Gedib qışın soyuğu

Gedib qışın soyuğu indi ilıq yaz gəlib
Yenə əvvəlkilər tək çəmənlər də göyərib.
Kol dibində bənövşə yenə əyib boynunu.
Hələ də çözə bilmir qışla yazın oynunu.

Söyüd tumurcuq qoyub alça qışdan çiçəkdir.
Hələ yaz gəlməmişdən ərik ləçək-ləçəkdir.
Zoğal fevral ayından geyib sarı donunu 
Yamanca gec yetişir gələn payızın sonu.

Bu gün sabah çəməndə görsənəcək Lalələr
Qoparıb qucaq qucaq yığacaqlar dəcəllər.
Suların kənarında qaymaqgülü açacaq
Yenə də hər tərəfə öz ətirini saçacaq .

Bürüyəcək hər yanı quşların xoş cəh-cəhi ,
Bilirəm xoş edəcək yazı sevən hər kəsi.
Sən bilirsən əzizim payızdır mənim fəslim 
Yayda göz açsamda mən payız yaşam həvəsim.

Nahidə Tagiyeva Qurbanova 27.03.2019
www.kafiye.net