Hekayə 
Bitməyən qorxular

Naazannn!!
—Gələn səs piləkənlərdə huşa getmiş qadını səksəndirdi. Gözlərini açıb ürkəkcəsinə ətrafına baxdı. 
Evinin piləkənlərinin üstündə oturduğunu elə oradaca yuxuladığının fərqinə vardı.
Nələr baş verdiyini yadına salıb həyacanlandı.Qucağında mışıl-mışıl yatan körpəsinə baxdı.
Dərindən bir ah çəkdi.Tez özünü cilovlamağı bacardı. Körpənnin səsdən oyana biləcəyindən qorxub bir təhər ayağa qalxdı.
Bütün bədəni gizildəyirdi.Bədəninə dəyən zərbələrdən sümükləri belə sızıldayırdı.
Piləkənlərin altında tikilmiş kiçik otağa keçib qapını içəridən bağladı..
Pəncərəsi işığı olmayan bu kiçik otaq evin lazımsız əşyaları üçün nəzərdə tutulmuşdu.
Qaranlığa öyrəşməmiş Nazan ürəyinin döyüntüsünü aıçq aydın eşitməyə başladı.İçəridə hava da yox idi.
Özüm cəhhənəm Arzuma nəsə olar deyən qadın bir anlıq duruxdu.Qapını açıb çıxmaq istəyirdi ki Əkrəmin yenidən gələn zəhmli səsi onu fikrindən daşındırdı.
Qızmış nər kimi böyürən Əkrəm onun nəsil nəcabətini söyür ,elə bilirsən əlimə keçməyəcəksən gör sənin başına nə oyun açacam deyə bağırırdı.,
İtin qızı it alıb səni adam etdim.Acından ölürdüz əynin paltar qarnın yemək gördü qudurdun?
Mən almasam Allah bilir indi harda kimin fahişəsi idin.Nə yollara qulluq edirdin.
Eşitdiyi alçaldığı sözlər onun qəlbini parçalasa da susmağa məcbur idi.
Gizləndiyi yerdən çıxsa ,qarşılaşacağının nə olduğunu çox gözəl bilirdi..
Onun üçün ən gözəl iş sadəcə susmaq və yenə də susmaq idi.
Yuxarıdakı otaqların qapısının zərblə çırpılmasından Əkrəmin onu axtardığı açıq aydın bəlli idi.
Az keçmiş Əkrəmin pilləkənlərdən ayaq səsləri gəldi.Yenə də donqulldanırdı.Qadın onun gizləndiyi yerə gələcəyini düşünüb lap küncə doğru çəkildi.Bədənini bürüyən həyacan get gedə daha da çoxaldı.
Taxtaların arasından düşən çox zəif işıq düz qadının gözlərinə düşdü.
Dəhlizdə var gəl edən Əkrəm bir xeyli keçəndən sonra yenidən pilləkənlərlə yuxarı qalxdı.
Az keçmiş yenidən sürətlə piləkənləri yenib evdən çıxdı.Küçə qapısının çırpılması onun getdiyini bildirdi.
Nazan körpəsini sinəsinə sıxıb sakit dayanmışdı.
Gözlərindən ixtiyarsız süzülən göz yaşları yanaqları boyu axıb qucağında hər şeydən xəbərsiz yatan Arzumun üstünə düşürdü.

Ardı var

NahideTagiyva Qurbanova
www.kafiye.net