Haqqmı Allah

Haqqmı Allah ,rəvadırmı de bilim?
Qadın olduğumçün hey sus dedilər.
Hələ körpə uşaq idim o zaman ,
Məni zorla bir qocaya verdilər.

Bir ananın quzusuydum körpəcə.
Nə oxumam nədə yazmam varıydı.
Mənim yüküm ağır idi o qədər,
Atam üçün gözlərində dağıydı.

Saçlarımı anam darar hörərdi.
Gəlməz idi bu atamın xoşuna.
Gizli gizli tənbeh edib anamı
Deyərdi ki heç ağlama boşuna.

Üsyan edib anam qarşı gəlməyə ,
Haqqı yoxdu nə danışa bilərdi .
Mən bu evin ağasıyam bəyiyəm
Mən nə desəm o qanundur deyərdi.

Misal çəkib qonum qonşu qızını.
Deyərdi ki bax ev eşik olublar.
Deməzdi ki o bəxtəvər bildiyi
Körpə qızlar necə bədbəxt olublar.

Hələ onda on bir yaşım var idi.
Tay tuşlarım gəlinciklə oynardı.
Atam məni zorla verdiyi adam
Saqqalına qara xına qoyardı.

Əynimə geydirib gəlinlik donu
On bir yaşda məni ərə verdilər.
Bu gündən sahibin sənin ərindir
Hər nə desə baş üstə de dedilər.

Danışmağa qoymadılar heç məni
Söylədilər asi olma atana
Siz deyin mən necə ata söyləyim
Məni başlıq alıb yada satana.

Budur ədalətin ,budurmu haqqın?
Niyə susmalıyam de bilim Allah
Sənin istəyinlə yaranmadımmı?
Niyə haqq səsimi alırlar Allah?

Nahidə Tagiyeva Qurbanova 04.04.2019
www.kafiye.net