Anadır,ana!

Övladın bəzəyi,şahı-sultanı,
Belinin dirəyi anadır,ana!
Gəlin sağlığında qədrini bilək,
Döyünən ürəyı, anadır-ana!
*
Çəkin qayğısını,siz verin dəyər,
Yoxsa acı kəlmə xətrinə dəyər,
Salar urəyinə,için qəm yeyər,
Hər kəsin gərəyi anadır-ana!
*
Tənhayam, anasız qalan zamandan,
Bir qara don geydim,sisdən-dumandan,
Qayıda can verəm,kaş ona candan,
Könlümün istəyi anadır-ana!
*
O qara torpaqda,mən ahu-zarda,
Onsuz vuran oldu,bu laləzar da,
Dərdim də alınmır behsiz bazarda,
Dilimin gileyi anadır-ana!
*
Bir ömur,ah cəkdim,amanda qaldım,
Dedim ki, qayıdar gümanda qaldım,
Batdı al günəşim,dumanda qaldım,
Solmazın mələyi anadır-ana,
Hər zaman gərəyi anadır-ana!

11-03-2018
Solmaz Şirvanlı
www.kafiye.net