SƏNDƏN AYRILALI…

Səndən ayrılalı günüm batıbdı,
Sənli dəqiqələr günə dönəydi!
Önümdə talenin yolu yatıbdı,
Uzanan bu yollar sənə dönəydi!

Səndən ayrılalı günüm il olub,
Ömür yaşamıram, günü yoruram!
Bu könül həsrətdən dönüb dil olub,
Yoldan, yolçulardan səni soruram!

Səndən ayrılalı günüm qaralıb,
Qəlbimin gözlüyü gözündən düşüb!
Elə bil kainat, səma daralıb,
Torpaqla bir olub, özündən düşüb!

Səndən ayrılalı günüm də gecə,
Gecəm də gecədi, nursuz qalmışam!
Sevgisiz bir ömür sayılsa heçə,
Demək ki, heçdəyəm, yarsız qalmışam!

Təvəkkül Goruslu. 06.02.2019.
www.kafiye.net